Vigen Sarkisyanın qeyri-müəyyən işarəsi və ya dramatik hadisələrin kölgəsi

2018/04/Vigen_Sargsyan-2456546_1524306769.jpg
Oxunub: 1552     17:30     21 Aprel 2018    
Əgər Karen Karapetyan yaxşı işləyirdisə niyə baş nazir olaraq qalmadı, sualına, müdafiə naziri Vigen Sarkisyan Ermənistan ictimai televiziyasında belə cavab verib.

“Partiya olaraq, qərar vermə prosedurlarımız var. Müxtəlif problemlərə həll tapmaq üçün birliyimiz var. Bu, idarəetmə sistemi üçün şəffaf bir şəkildə, real qərar qəbuletməyə nəzarət sistemini əks etdirir. Təyin olunmuş rəsmilərin pərdəarxasından olan göstərişlərə əsasən qərar qəbul etməsi, həqiqi bir qərar vericinin pərdəarxasında olması daha təhlükəlidir, buna görə də mən burada heç bir problem görmürəm”.

Vigen Sarkisyan say çoxluğu əldə edən partiyanın nümayəndəsinin dolayı yolla yox, birabaşa ölkəyə rəhbərlik etməsinə imkan verən parlament idarəetmə sistemini alqışlayıb. Sarkisyanın müsahibəsinə detallarla yox, tam nəzər salanda xeyli nöqsanların və sualların ortaya çıxdığı məlum olur və bunlaraın cavabı hələki yoxdur.

Elə bil ki, Vigen Sarkisyan, Serj Sarkisyanın baş nazir postunu tutmayacağı halda hansısa pərdəarxası kölgə haqqında danışır. Erməni nazirin çıxışından belə məlum olur ki, əgər Karen Karapetyan baş nazir olaraq qalsaydı, pərdəarxasından göstərişlər verilən hökumətə, ölkəyə çevrilə bilərdilər. Əminliklə qeyd olunur ki, ancaq heç vaxt Vigen Sarkisyan, Serj Sarkisyanın kölgə idarəetməsinə dair belə danışmazdı.

Faktiki olaraq Vigen Sarkisyan sətiraltı işarə edir ki, hansısa qüvvələr Serj Sarkisyanın baş nazir təyin olunmasından narazıdır.

Hazırda narazı qalan qüvvələrin kim və ya kimlərin olduğunu demək çətindir. Ancaq konstitutsiya dəyişikliyi etməklə Sarkisyanın, məsələn Köçəryanın geri hakimiyyətə qayıtması yolunu bağladığı, o cümlədən baş nazir olmaqla Karapetyanın iqtisadi siyasi himayədarı olan Samvel Karapetyanın pərdəarxası təsirini faktiki olaraq neytrallaşdırdığı məlumdur.

Vigen Sarkisyanın qeyri-müəyyən işarələrinin məhz bu çevrələr tərəfindən stabilliyi pozmağa cəhd edildiyini vurğuladığı iddia olunur. Erməni nazirin televiziyaya müsahibəsində, vətəndaşların tələblərinin onun üçün aydın olmadığını qeyd edib. Bir sözlə Vigen Sarkisyan küçələrdə baş verənlərin sərbəst mövqe olmadığını, bunun arxasında himayədarların dayandığını bildirmək istəyib.

Vigen, hadisələrin leqallığına diqqət yetirildiyi halda Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatın qırmızı xətti çoxdan keçdiyini vurğulayıb.

Doğrudanmı, bir neçə gündür ki, davam edən hadisələrin Ermənistan hakimiyətinə yaxın dairələrdə özlərinin müəyyən problemlərini həll etməyə çalışan himayədarları var?

Bu suala cavab verməyin çətin olduğu qeyd edilsə də, küçələrdəki insan axını, hadisələrin miqyası, təşkilati və insan resursları baxımından daha geniş hərəkat platformasının mümkünlüyünə imkan versə də, realda bunu görmək mümkün olmur.

Lakin Ermənistanda hətta meydan hətrəkatının kölgəsinin olduqca böyük olduğu danılmazdır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Etiraz   Zorakılıq  

Xəbər lenti

Vigen Sarkisyanın qeyri-müəyyən işarəsi və ya dramatik hadisələrin kölgəsi

2018/04/Vigen_Sargsyan-2456546_1524306769.jpg
Oxunub: 1553     17:30     21 Aprel 2018    