KXDR nüvə və raket sınaqlarından niyə imtina etdi? – EKSPERT ŞƏRHİ

2018/04/345345435_1524306267.jpg
Oxunub: 2080     14:21     21 Aprel 2018    
Şimali Koreya qitələrarası ballistik raket və nüvə silahlarının sınaqlarını dayandırmaq, eləcə də "Pungeri" nüvə poliqonunu bağlamaq barədə qərar qəbul edib. Bu qərar Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin plenar iclasının yekunlarına əsasən qəbul edilib.

"Şimali Koreyaya nüvə sınaqlarını, eləcə də qitələrarası ballistik raketlərin və orta mənzilli raketlərin sınaqlarını keçirməyə ehtiyac qalmayıb. Beləliklə Şimali nüvə poliqonunun da missiyası sona çatdı" - deyə KXDR-in lideri Kim Çen İn bildirib.

Əslində KZDR lideri hələ keçən il rəsmi olaraq silahlı qüvvələrin nüvə arsenalının formalaşmasının başa çatdığını elan edərək bölgədə gərginliyi azaltmaq üçün bir addım atdığını xatırlayırıq. Koreya yarımadasında vəziyyət çox gərgin olaraq qalır.

Cənubi Koreya nümayəndə heyətinin, başda xüsusi elçi Çon Iy Yonq olmaqla keçən aylarda gözlənilmədən müsbət nəticələrlə KXDR-ə iki günlük səfərdən geri dönməsi həqiqətən də bütün dünya ictimaiyyətini çox məmnun edən hadisələrdən hesab edildi. Nümayəndələr 4 saat ərzində Şimali Koreya lideri ilə müzakirələr apardılar. Sonra isə Seula dönərək mətbuat nümayəndələrini bir çox sensasiyalar ilə sevindirən brifinq keçirdilər. Bu görüşün səbəbləri və nəticələri haqda Ordu.az saytında ətraflı məlumat vermişdik.

Bu görüşdə əldə olunan əsas razılaşmalardan biri də dialoqun üçüncü məhhələsinin aprelin sonunda keçirilməsi idi. Həmin yazıdan bir neçə sətri nəzərinizə çatdırıram: "Danışıqların ikinci əsas nəticəsi isə Şimali Koreyanın ABŞ ilə birbaşa danışıqlara başlamağa söz verməsi olub. Bu danışıqlarda Şimali Koreyanın nüvə proqramından imtina etməsi və Vaşinqtonun Pxenyanın təhlükəsizliyinin təmin edilməsi müzakirə edilə bilər. Bundan əlavə, Kim Çen İn ABŞ ilə dialoq zamanı raket buraxılışlarını və nüvə sınaqlarını dondurmağa və Cənubi Koreyaya qarşı heç vaxt güc tətbiq etməyəcəyini vəd etməsi gözlənilir". Burda şərh ediləcək bir söz belə qalmır. Proqnozlar bu gün baş verən münasibətlərin istiləşməsini, birbaşa yüksək səviyyədə görüşlərin keçirilməsini, əldə olunan tarixi razılaşmanın gözlənildiyini əhatə edirdi.

İstənilən halda baş verənlər bütün ekspertlərin gözləntilərini belə aşır. Nüvə sınaqlarının dayandırılması qlobal nüvə silahsızlanmasının əhəmiyyətli bir prosesi hesab olunur və KXDR-in də nüvə sınaqlarının tam dayandırılmasına yönələn beynəlxalq səylərə birləşmək niyyətindən irəli gəlir. Bu yeni strategiyanın Koreya yarımadasında və dünyada sülhün qorunmasına xidmət edəcəyi şübhəsizdir. Koreya Respublikalarının əlaqələrinin inkişafını seyr edən bəzi mütəxəssislər ABŞ-la birbaşa dialoqun başlanmasını mümkün hesab etmirdilər. Çünki, KXDR bir neçə dəfə bəyan edib ki, özünün təhlükəsizliyin yeganə zəmanəti hesab etdiyi nüvə raket silahlarından imtina etməyi düşünmür. Bu baxımdan, həm amerikalılar üçün, həm də Cənubi Koreyalılar üçün Şimali Koreya ilə müzakirə ediləsi başqa mövzu qalmadığından danışıqların baş tutması da real görünmürdü. Lakin hər bir problemin və ya inkişafın zamana ehtiyacı var. Zamanın özünün də zamana ehtiyacı var.

Əksini düşünənlər yaxın tarixə nəzər salsın. 2017-ci ildə KXDR 20 ədəd ballistik raket buraxıb. Öz növbəsində ABŞ və onun müttəfiqləri regionda genişmiqyaslı dəniz təlimlərinin daynmadan aparıb. Tərəflərin bəyanatlarında davamlı olaraq hərbi əməliyyatlar da daxil olmaqla, heç bir seçim istisna olunmayıb.

Digər tərəfdən, Şimal üzərində kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin istehsalı ilə bağlı obyektlərə önləyici zərbələr endirilməsi barədə planlar masada idi.

Bu baxımdan Kim Çen İnin bu ilin əvvəlindən sərgilədiyi davranış tamamilə məntiqlidir. Hamı ilə savaşmaqdansa, əməkdaşlıq edib, qonşuların və digərlərinin texniki imkanlarından yararlanmaq, böhran vəziyyətinə yaxın olan iqtisadiyyatı xilas etmək və texniki nailiyyətlərə nail olmaq daha ağılabatandır.

Yüksək ehtimal dərəcəsi ilə yeni bir dövrün başlanğıcına çox yaxınıq.

Əsas odur ki, Şimali Koreya rəhbərliyinin hazırda atdığı addımların sanksiyaların təsir dairəsinin daraltmağa və ya yenilərini ləngitməyə deyil, həqiqətən də Koreya yarımadasında sülhün bərqərar olmasına xidmət etsin. Digər tərəfdən daim Koreya məsələsində davamlı olaraq tənqid olunan Tramp və adminstasiyası, xüsusilə yeni təyin olunan Dövlət katibi Mayk Pompeonun xidmətləri müsbət dəyərləndirilir. O gün olsun ki, digər hərbi münaqişələr də ədalətli həllini tapsın.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: KXDR   ABŞ   Nüvə-diplomatiyası  

Xəbər lenti

KXDR nüvə və raket sınaqlarından niyə imtina etdi? – EKSPERT ŞƏRHİ

2018/04/345345435_1524306267.jpg
Oxunub: 2081     14:21     21 Aprel 2018    