İrandan İsrailə xəbərdarlıq: “Əlimiz tətikdədir”

2018/04/1-184564_1524300213.jpg
Oxunub: 1144     19:17     21 Aprel 2018    
İran İslam İnqilab Keşikçiləri Korpusu komandirinin köməkçisi general Hüseyn Salami İsrailə xəbərdarlıq edib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, o, İsrailin “əjdahanın ağzında” oynadığını bildirib.

“Əlimiz tətikdə, raketlərimiz hazırdır”, - deyə o vurğulayıb.

Salami İsrailin qərbindəki bazaların hamısının İran raketlərinin vuruş məsafəsi daxilində olduğunu söyləyib.

“Aviabazalarınıza güvənməyin. Onlar çata biləcəyimiz məsafədədir. Əgər müharibə olsa, nəticə sizin məhvinizlə bitəcək”, - deyə Salami əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran-İsrail   Müharibə  

İrandan İsrailə xəbərdarlıq: “Əlimiz tətikdədir”

2018/04/1-184564_1524300213.jpg
Oxunub: 1145     19:17     21 Aprel 2018    