ABŞ HHQ yeni nəsil peyk hazırlayır

2018/04/SBIRSGEO2_LM4X3-879x485456_1524300086.jpg
Oxunub: 1072     15:40     21 Aprel 2018    
ABŞ Hərbi Hava Qüvvələri yeni nəsil raket xəbərdarlıq peykləri əldə etməklə bağlı planlarını ictimaiyyətə açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ rəhbərinin Satınalma, Texnologiya və Logistika üzrə müavini Vill Roper bildirib.

Onun sözlərinə görə, Kosmik Bazalı İnfraqırmızı Sistem üçün gələcək peyk atışlarının ləğv edilməsi ilə ABŞ HHQ yeni nəsil xəbərdarlıq peykləri ilə bağlı proqramını başladacaq.

Proqramın tamamlanması qarşıdakı beş ilə planlaşdırılır. Lakin Roper təmsil etdiyi qurumun hələlik proqramla bağlı detalları açıqlamağa hazır olmadığını qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ   Kosmik-qüvvələr  

Xəbər lenti

ABŞ HHQ yeni nəsil peyk hazırlayır

2018/04/SBIRSGEO2_LM4X3-879x485456_1524300086.jpg
Oxunub: 1073     15:40     21 Aprel 2018    