Qarabağda “Polonez” rəqsi: “Çin Belarus vasitəsilə Ermənistandan üz döndərir”

2018/04/23315849_144419362955416_1575384640_n_3019951186_1524142997_1524299404.png
Oxunub: 4264     20:54     21 Aprel 2018    
ABŞ Milli Kəşfiyyatının 2018-ci ildə müharibənin baş verə biləcəyi əsas “qaynar qazan”lardan birinin Qarabağa təsadüf etməsi, Rusiyanın Azərbaycanı hərbi texnika və silahlarla təchiz etməsi, həmçinin Moskva tərəfindən Ermənistana yeni müdafiə kreditinin ayrılması, Böyük Britaniya vətəndaşı Armen Sarkisyanın Ermənistanda prezident təyin edilməsi (!), Ermənistanda hazırda baş verən siyasi proseslər, İrəvan və Gümrüdəki etirazlar və nəhayət Belarusun Azərbaycanı “Polonez”lərlə təchiz etməsi... – bütün bu və bu qəbildən olmaqla 2018-ci ilə təsadüf edən hadisələr Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyi daha da artıran amillər kimi qiymətləndirilə bilər.

Qeyd edilən həmcins üzvlərin hər biri haqqında ayrı-ayrılıqda bəhs etmək mümkündür, lakin hazırda bəhs olunanlardan ən aktualı “Polonez”lərlə bağlı məsələdir.

Cari ilin aprel ayının 18-də Rusiyanın “Komersant” nəşrində Azərbaycanın Belarus istehsalı olan “Polonez” reaktiv yaylım atəşi sistemlərini alacağı ilə bağlı məlumat yayıb. İlk növbədə adi görünən bu xəbəri qeyri-adi dərəcədə önəmli fenomenə çevirən bir çox səbəb və nüanslar var, lakin mənzərənin ümumilikdə zehində canlanması üçün baxış spektrini bir qədər genişləndirmək, şüuru bəhs etdiyimiz məsələ ilə bağlı bir sıra önəmli məlumat və detallarla zənginləşdirmək zəruridir.

“Sehirli xalat”dan istifadə edib zamanda bir qədər keçmişə - “Polonez”lərin istehsal tarixçəsinə - qayıdaq, bir çox önəmli nüanslar məhz oradan qaynaqlanır.

Doğrudur, “Polonez”lərin istehsalı ilə bağlı birmənalı və bütövlükdə etibar ediləcək mənbələr çox azdır, lakin bir sıra KİV, hərbi ekspert və üçüncü mənbələrə istinad edərək, konspirologiyaya yol vermədən bizə məlum bir sıra məlumatları açıqlaya bilərik.

Belarusun öz hava hücumundan müdafiə sistemini yaratmaq qərarına gəlməsi ilk növbədə məhz Rusiyaya lazım olsa da, bu addımı atmamaq üçün ən çox əsasa malik tərəf də məhz Rusiya idi. Bu prosesin nəticəsi olaraq Rusiya hazırda Ermənistana təchizatı barədə söz-söhbətlərin hələ də səngimədiyi “İsgəndər”ləri Belarusa verməkdən imtina etdi və Belarus hazırda Moskva ilə eyni mövqedən çıxış etməsi düşünülən Pekinə müraciət etdi.

2013-cü ildə Belarus və Çin arasında “Polonez” reaktiv yaylım atəşi sistemləri yaratmaq barədə razılıq əldə olundu. Maraqlıdır ki, Çinin “Polonez”in istehsalında hansı formada iştirak etməsi və bunun əvəzində Belarusdan hansı addımların atılmasını gözləməsi barədə suallar hələ də müzakirə üçün açıq olaraq qalır. Daha sonra Çin Belarusu hələ “Polonez” üçün raketlərlə də təchiz edəcəkdi...

Belarus Müdafiə Nazirliyindən olan və kimliyi açıqlanmayan mənbələrin məlumatına görə, Bakı Minskdən rajetlər, daşıyıcı-yükləyici maşınlar, idarəetmə mərkəzləri və radar stansiyaları da daxil olmaqla 10-a yaxın “Polonez” ala bilər. Bu, həm hərbi, həm siyasi, həm də geosiyasi olaraq Azərbaycanı regiondakı istənilən nəzəri və təxmin olunan müharibənin qalibi edir. Axı “Polonez” xülyası “Böyük Ermənistan” olan kiçik erməni ölkəsinin istənilən nöqtəsini dəqiqliklə asan vurulan hədəfə çevirən unikal silahdır...

Lakin Dağlıq Qarabağ, bir qədər geniş baxdıqda isə Cənubi Qafqaz yalnız region ölkələrinin deyil, artıq həm də “Polonez”lərin satışı səbəbilə Rusiya və Çinin mübarizə zonasına çevrilə bilər.

SSRİ-nin dağılmasından sonra hər keçən növbəti onilliklə MDB adlı nəsnədən bir və ya bir neçə dövlətin “qiblə”sini Rusiyadan Qərbə doğru dəyişdirməsi fonunda Moskva əlində qalan müttəfiqlərini itirməmək üçün xeyli və böyük güzəştlərə getməkdən çəkinmədi, hətta digər dövlətlərin onun imkanlardan istifadəsini rahatlaşdırmaq üçün bir sıra təşkilatlar da yaratdı. Əvəzində isə həmin dövlətlər Rusiya üçün NATO-dan hasar rolunu oynamalıdır. Heç şübhəsiz Ermənistan da Rusiya üçün fərqli xarakterə malik deyil. Rusiya ordusunun Ermənistanı tərk etməsi ilə bağlı bütün etirazlara baxmayaraq bunun əksinə Rusiyanın həm də hərbi polisini ölkəyə yerləşdirməsi təzadlı, lakin bəhs edilən “hasar” funksiyası nəzərə alındıqda məntiqli görünür.

Belarus isə məhz öz müstəqilliyini artırmaq üçün son illərdə yaxın müttəfiqlərindən birinə çevrilən Azərbaycanı möhkəmləndirmək öz maraqlarına sahibdir. Lakin bunu yalnız Belarusun deyil, həm də Çinin mövqeyi ilə əsaslandırmaq olar. Bir sıra mənbələrə görə, Belarus “Polonez”ləri öz düşüncəsinə uyğun olaraq satmaq və istifadə etmək hüququna malikdir, lakin digər mənbələrə görə, Çinin yalnız istehsal prosesinə deyil, istehlaka da təsir dairəsi var. Bunu nəzərə aldıqda komponentləri, tərkib ünsürləri əsasən Çinə məxsus, silahlanmasındakı raketlər Çin istehsalı olan “Polonez”lər Cənubi Qafqazda “İsgəndər”lərlə qarşı-qarşıya gələ bilər. Bu isə öz növbəsində Çin və Rusiya silahlarının, bir qədər geniş yanaşdıqda Pekin və Moskvanın maraqlarının, geosiyasi mövqelərinin toqquşma anıdır.

Çin Si Tsinpinin birinci katib seçilməsindən sonra dayanmadan Dao və kommunizmin vəhdəti ilə yalnız irəliyə - dünya liderlinə doğru yönəlir. 2050-ci ilədək dünyanın ən güclü ordularından birinin yaradılmasına dair planlar da məhz buradan qaynaqlanır. Cənubi Çin, Yapon dənizləri akvatoriyası, Cibuti, Suriya və bir sıra digər ölkələrdə təsir dairəsinin artırılmasını başqa cür adlandırmaq da olmaz. Həmçinin bu siyahını Belarusla da zənginləşdirə bilərik. Minsk Çinin regionda təsir gücü əldə etməsi üçün qapıdır, Pekin isə Belarus üçün yeni imkanlar və daha çox fürsətlər deməkdir.

Rusiya üçünsə Ermənistanda təsir gücünü itirmək NATO və Qərblə davam edən döyüşdə ağır yara almaq kimi dəyərləndirilə bilər. Yeni möhkəmlənən Rusiya-Türkiyə-İran üçbucağının davamlılığında Azərbaycanla yanaşı Ermənistanın da özünəməxsus rolu var. Ermənistan həm də Rusiya üçün zərbəni öz üzərinə qəbul edən sıravi əsgərdir və bu əsgər tam təslim olanadək onun komandanı yeni bir plan üzərində düşünmək imkanı əldə edə bilər. “İsgəndər”lərin Ermənistana verilməsi də məhz bununla bağlıdır. İrəvan heç bir halda Rusiyanın razılığı olmadan onlardan təlimlərdən kənar istifadə edə bilməz. Bu, uşağın əlinə ətrafındakılara və öz valideynlərinə xəsarət yetirə biləcək bir əşya verməyə bənzəyir. Ehtimal olunan bəlanın baş verməməsi üçünsə valideyn övladına verdiyi həmin əşya ilə bağlı ciddi məhdudiyyətlər qoymaq məcburiyyətindədir. “İsgəndər”lər vasitəsilə Rusiya özünün cənub sərhədlərini daha cənubdan endirilə biləcək zərbələrdən qorumağa çalışır və bu “İsgəndər”lərin ekspertlər tərəfindən qılınc kimi xarakterizə edilməsi o qədər də məntiqli deyil, bu, ən yaxşı halda müdafiə təyinatlı qalxandır.

Digər tərəfdən isə Rusiyaya qarşı ABŞ sanksiyaları fonunda Moskvanın silah ixracının zəifləyəcəyi ilə bağlı ehtimallar irəli sürülür. Bu da Pekin üçün regiona bilavasitə mübadilə üzərində qurulan təsir imkanı verə bilər. “Polonez”lərin Azərbaycana təchizatı Çinin Cənubi Qafqaz üçün hələ yeri möhkəmlənməyən ağırlıq mərkəzini birdəfəlik İrəvandan Bakıya köçürməsi ilə nəticələnə bilər. Bu fikri bir qədər də cəsarətlə silahlandıraraq əminliklə Çinin Azərbaycanla hərbi-texniki əməkdaşlıq yaratmaq istəməsi iddiası ilə çıxış etmək olar. Sübut olaraq Ermənistan mətbuatında Çinin Belarusa Bakıya silah satılmasını qadağan etməsi barədə iddiaların puç çıxmasını vurğulamaq mümkündür. Hazırda dünyada mövcud gərgin geosiyasi vəziyyət fonunda Pekinin Bakı ilə əlaqələr yaratmaq istəməsi və bu əlaqələrin əsas istiqamətlərindən birinin məhz hərbi-texniki əməkdaşlıq olması təsadüfi deyil. Bu, Çinin Belarus vasitəsilə Azərbaycanla təmas yaratmaq cəhdidir və bu mövqedən çıxış etmək heç bir halda mövcud həqiqətlərin təhrifi kimi qiymətləndirilə bilməz. Təbii olaraq isə bu əməkdaşlıq Azərbaycan Ordusunun qüdrətinin artmasına bilavasitə töhfə verəcək.

Cənubi Qafqazın aparıcı ölkəsinə “Polonez”lərin təchizatı regionun ən zəif dövləti üçün ölüm tanqosu kimi xarakterizə edilməklə yanaşı Çin və Rusiya maraqlarının toqquşması, onların qarşıdurmasından fayda çıxarmağa çalışan Qərb üçün də “rus ruletkası” ola bilər, lakin irili-xırdalı güclərin cəngavər iddiası ilə geri çəkilməmək üçün ayaq basmaq üzrə olduğu “Kolizey”də mütləq kimsə qalib gəlməlidir, hətta Davidin Qoliafa qalib gəlməsi variantı da realdır, hərçənd Davidlər Qoliafların mövqeyinə keçə bilər və kim bilir, bəlkə də, dünyada geosiyasi qüvvələr balansının dəyişməsi məhz Cənubi Qafqazdan başladı. Birinci Dünya Müharibəsi də Anton Ferdinandın ölümü ilə başlamışdı...

Ağalar Qəribov
Ordu.az

Teqlər: Polonez   Çin-Belarus   Qarabağ  

Qarabağda “Polonez” rəqsi: “Çin Belarus vasitəsilə Ermənistandan üz döndərir”

2018/04/23315849_144419362955416_1575384640_n_3019951186_1524142997_1524299404.png
Oxunub: 4265     20:54     21 Aprel 2018    