Çinin yeni raketləri Mumbaya çata bilər – Peyk görüntüləri

2018/04/20180420_215339_4572740949.png
Oxunub: 768     21:58     20 Aprel 2018    
“Dongfeng-26 və ya DF-26 ortamənzilli ballistik raketdir. Onun əsas hədəfi isə Qərbi Sakit okeandakı Quam adasında yerləşən ABŞ bazasıdır.

Yeni Dehli: Çin mətbuatı Xalq Azadlıq Ordusunun Raket Qüvvələrinin yenicə istifadəyə verdiyi DF-26 raket briqadasının Hindistanın Mumbay kimi əsas şəhərlərini vurmağa qadir olduğunu bildirib.

Lakin DF-26-nın əməliyyatda olan ilk briqadasının mövcudluğuna dair ilk xəbərlərin hələ dörd il öncə yayıldığını nəzərə alsaq, bu iddiada bəzi qeyri-dəqiqliklər olduğu üzə çıxar.

“Google Earth”dən yayılan görüntülərin analizindən aydın olur ki, Çin ordusunun DF-26 briqadası ölkənin cənub-şərqində yerləşən Henan vilayətinin Xinyang şəhərindəki qarnizonda yerləşə bilər.

DF-26 ortamənzilli ballistik raketdir. O, 3000-4000 kilometr məsafəni vura bilir. O, ilk dəfə 2015-ci il sentyabrın 3-də Qələbə Günü paradında nümayiş etdirilib.

Raketin başlıca hədəfinin ABŞ-ın Quamdakı hədəfi olduğunu nəzərə alanlar onu “Guam Express” yaxud “Guam Killer” adlandırır.

Qarnizon

Xinyanqdakı qarnizon 2014-cü ildə tikilib və inşaatın tamamlanması ABŞ Müdafiə Nazirliyinin DF-26 haqqındakı xəbərlərinin doğruluğunu göstərib.

Qarnizon tipik olaraq daxilində futbol meydançası olan idman zolağı ətrafında tikilib. Onun 10 ədəd üç mərtəbəli barakı, 6 qarajı və iki inzibati binası var.

Bütöv qarnizon dəstək binaları ilə birlikdə briqada böyüklüyündə struktura xidmət edə bilər.

DF-26-nın şəkilləri

Çin mediasında yayımlanan şəkillərdə 18 ədəd DF-26 raket vasitəsi və 4 köməkçi vasitə var. Bəzi şəkillərdə bayraqın ötürülməsi mərasimi görünür. Çində adətən rəsmi istifadəyə vermə mərasimlərinə jurnalistlər buraxılmır.

Hədəflər

Bu qarnizonun yerləşmə məkanı göstərir ki, DF-26-nın mənzili ehtimal ki, 4000 kilometrdən daha böyükdür. Onun hədəfləri isə görünür ki, Guam və Hindistandır.

Hindistanda ən uzaq hədəf Mumbaydır (4350 kilometr). Lakin digər Hindistan meqapolislərinin qarnizondan məsafəsi 4000 kilometrdən azdır.

ABŞ-ın Quam adası isə briqadadan 3750 kilometr məsafədə yerləşir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Hindistan   ABŞ   DF-26  

Xəbər lenti

Çinin yeni raketləri Mumbaya çata bilər – Peyk görüntüləri

2018/04/20180420_215339_4572740949.png
Oxunub: 769     21:58     20 Aprel 2018    