“Afrikanın Sinqapuru”: Kiçik Cibuti qlobal hərbi mərkəz olmağı hədəfləyir

2018/04/image6546_1524224171.jpg
Oxunub: 3263     19:34     20 Aprel 2018    
Sürətlə dünyanın strateji hərbi və gəmiçilik mərkəzinə çevrilməkdə olan kiçik Afrika dövləti Cibutinin Ambouli Beynəlxalq Aeroportu: iki qırıcı təyyarə havaya yüksələrək aeroport üzərində dəhşətli səs çıxarmağa başlayır.

Bundan çox da uzaq olmayan bir yerdə Amerikanın Afrikadakı yeganə daimi hərbi bazası olan “Camp Lemonnier”də saxlanılan nəqliyyat təyyarəsinin üzərində nəhəng ABŞ bayrağı dalğalanır. Bu baza 4 min personalın evidir.

Cibuti, quraq Afrika buynuzunda bir milyondan az əhaliyə malik dövlət Çin, Fransa, İtaliya, hətta İkinci Dünya Müharibəsindən sonra ölkə kənarında ilk dəfə baza açan Yaponiya üçün hərbi posta çevrilib. Səudiyyə Ərəbistanı kimi digər dövlətlər də Bab əl-Məndəb boğazı boyunca yerləşən və dünyanın ən məşğul gəmiçilik dəhlizlərindən biri olan bu açar məkanla bağlı maraqlarını dilə gətirir.

“Afrikanın Sinqapuru” adlandırılan ölkənin xaotik küçələrində ABŞ və Çin arasında nüfuz mübarizəsinin getdiyi aşkar sezilir.

ABŞ prezidenti Donald Tramp işdən çıxarmazdan əvvəl Xarici İşlər naziri olan Reks Tillerson Afrikaya səfəri zamanı Cibutiyə də baş çəkmiş və həm qonşu Somalidə fəaliyyət göstərən “Əl-Qaidə”yə bağlı əl-Şabab ekstremist qrup, həm də regionda geniş yayılmış İŞİD-ə qarşı mübarizədə onun əhəmiyyətini vurğulamışdı. ABŞ Cibutidən kordinasiyalı olmaqla Somali və Yəməndə dron missiyaları həyata keçirir.

Çinin ilk xarici hərbi bazası ötən il Cibutidə, ABŞ-ın bazasından bir neçə mil kənarda açılıb. ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Tomas Uoldhauzer bu il buna əlavələr olacağının ehtimal edildiyini bildirib.

Çinin iqtisadi maraqları da güclüdür. Belə ki, Cibuti Çinin “Export-İmport (“İxrac-İdxal”) bankından yaxın illərdə bir neçə layihənin maliyyələşdirilməsi məqsədilə 9milyard 857 milyon dollara qədər borc alıb.

Çin Afrikanın ikinci ən çox əhalisi və ən güclü iqtisadiyyatına malik olan ölkələrdən biri olan Efiopiyanın paytatı ilə qlobal gəmiçilik mərkəzi olmağı hədəfləyən Cibutini bir-biri ilə əlaqələndirən elektrik dəmiryolu xətti tikib.

“Biz dünyanın ən məşğul gəmi xətlərindən ikisində yerləşirik. Biz dünyanın çox böyük regionuna xidmət edirik. Bura dünyanın ən sürətlə böyüyən iqtisadiyyatları da daxildir”, - deyə Cibuti Liman və Azad İqtisadi Zonalar idarəsinin rəhbəri Əbubəkr Ömər Hadi bildirib.

O, əksəriyyətini müsəlmanların təşkil etdiyi Cibutini qeyri-sabit bir regionda stabillik nümunəsi olara dəyərləndirib. Cibuti həm də dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biridir. Dünya Bankının hesabatına görə, o, bu il 7%-lik böyümə əldə edib.

Ölkə bu ilin əvvələrində dünyanın ən böyük liman operatorlarından biri olan Dubay mərkəzli “DP World” tərəfindən idarə edilən bir konteyner terminalının nəzarətini uzun müddətdir davam edən mübahisəli məhkəmə nəticəsində ələ keçirdiyi vaxt manşetlərə girdi.
AFRICOM-un rəhbəri bildirib ki, əgər Çin terminalın əməliyyatları üzərində nəzarəti ələ keçirsə, ABŞ hərbi bazasına təchizat bundan ciddi şəkildə mənfi yöndə təsirlənəcək.

Hadinin ofisindən verilən açıqlamada bunun heç vaxt baş verməyəcəyi bildirilib: “Cibuti “Dorale” konteyner limanını Çinə ötürməyi planlaşdırmır. O, hazırda tamamilə dövlət şirkəti tərəfindən idarə olunur”.

Cibuti hazırda yerli infrastruktura 15 milyard dollar yatırır. Bunlara genişlənən limanlar, yaxşılaşdırılan yollar, dəmiryolları, aeroportlar və s. daxildir. Bu yatırım regionu qlobal ticarət marşurutu ilə əlaqələndirəcək.

Ölkənin bütün limanlarının cari tutum qabiliyyəti illik 18 milyon tondur. Çinin “Merchants Port Holdings” şirkəti ilə birlikdə 590 milyon dollara ərsəyə gələn Dorale Çoxməqsədli Limanı ötən ilin mayında açılıb və artıq tam qabiliyyəti ilə fəaliyyət göstərir. O, Dorale Konteyner Limanından ayrı təsisatdır.

Hazırda rəsmilər Cibuti Azad İqtisadi Zona adlanan yeni layihə üzərində işləyirlər. Bu layihənin növünə görə, Afrikada ən böyük olacağı gözlənilir.

Tamamlanacağı təqdirdə, Zona 4800 hektar ərazini əhatə edəcək və 3,5 milyard investisiya ayrılacaq. Layihənin birinci mərhələsinin bu ilin sonuna qədər tamamlanması gözlənilir.

Rəsmilər ambisiyalı infrastruktur layihələrinin təkcə Cibutinin qlobal imicini qaldırmaqla qalmayıb, həm də böyük xarici borclarını ödəməyə imkan yaradacağına ümid edir.

Tillersonun səfəri zamanı Xarici İşlər naziri Mahamud Əli Yussuf Cibutinin bütün xarici borclarının ÜDM-nin 84%-nə bərabər olduğunu bildirib. Bunun böyük hissəsi isə Çinədir. “Ciddi borc yükümüz var və biz bunun fərqindəyik. Lakin icazə verin deyim ki, biz bunun öhdəsindən gələ bilərik”.

“Rəqabət regionu daha cəlbedici qılır. Şərqi Afrikanın iqtisadiyyatları sürətlə böyüyür. Bu böyüməni dəstəkləmək məqsədilə Cibutinin infrastrukturuna açıq ehtiyac duyulur”, - deyə XİN bildirib.

Cibuti sakinləri yerli biznesin böyüyən beynəlxalq hərbi və gəmiçilik maraqları fonunda “bum” etdiyini bildirirlər. Halbuki ölkənin işsizlik göstəricisi 40%-ə yaxındır. İqtisadi böyümə Hindistan, Yəmən, Körfəz dövlətləri və digər yerlərdən sahibkarları bura cəlb edir.

“Bizim kompaniyamız ordu bazaları üçün maşınlar təmin edir. Bu işdən həqiqətən çox qazanırıq. Onların tələbinə uyğun olaraq xidmətlərimizi genişləndirməyi hədəfləyirik”, - deyə Cibutinin ən tanınmış iş adamlarından biri və BSH holdinqin rəhbəri olan Nur Ömər bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cibuti   Çin-ABŞ   Hərbi-baza  

“Afrikanın Sinqapuru”: Kiçik Cibuti qlobal hərbi mərkəz olmağı hədəfləyir

2018/04/image6546_1524224171.jpg
Oxunub: 3264     19:34     20 Aprel 2018    