Prezidentin nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb

2018/04/50ca305c3822dd3e45123c602c6db8a8_3048429044.jpg
Oxunub: 1723     16:53     20 Aprel 2018    
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqinin öyrənilməsi və təbliği ilə əlaqədar Azərbaycan Ordusunun bütün birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər hərbi kollektivlərdə silsilə tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Gəncə Qarnizonundakı hərbi hissələrdən birində təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani aprelin 11–də keçirilən prezident seçkiləri, onun nəticələri və bu seçkilərdə cənab İlham Əliyevin qazandığı inamlı qələbə barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, builki seçkilərdə mülki vətəndaşlar kimi milli təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimizin şəxsi heyəti də fəal iştirak edərək ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin timsalında Azərbaycanın gələcəyinə, sabitliyə, təhlükəsizliyə, inkişafa və tərəqqiyə səs verib. Bu, həm də möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin növbəti böyük qələbəsidir.

Nəzərə çatdırılıb ki, son 15 il ərzində müasir Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi, siyasi, mədəni, sosial həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda möhtəşəm uğurlara imza atıb. Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni-yeni müasir hərbi texnikalar, silahlar və digər hərbi təyinatlı vasitələr alınıb, müdafiə sənayemiz inkişaf etdirilib, hərbi xidmət üçün ən müasir şərait yaradılıb. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Vurğulanıb ki, cənab İlham Əliyevin seçkilərdən dərhal sonra Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən təntənədə xalqa müraciəti və andiçmə məra­si­min­dəki nitqi bütün xalqımız kimi Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusunu da daha böyük uğurlar qazanmağa ruhlandırır.

97 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən Müharibəsi veteranı Tofiq Hüseynov möhtərəm Prezidentimizin növbəti qələbəsinin şahidi olduğundan qürur hissi keçirdiyini deyərək bu gün də Ali Baş Komandanın Azərbaycan uğrunda əmrlərinə müntəzir olduğunu bəyan edib.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, şair Ramiz Təmkin yeni şeirlərini oxuyaraq Vətəni, ordunu, tərənnüm edərək, mübariz əsgərlərimizi bundan sonra da Ali Baş Komandanın rəhbərliyi altında daha böyük qələbələrə səsləyiblər.

Azərbaycanın Xalq artisti Alim Məmmədov Gəncə şəhərinin timsalında respublikamızın bütün regionlarının inkişafı barədə danışıb. Bildirib ki, son 15 il ərzində cənab İlham Əliyev 17 dəfə qədim və günü-gündən yeniləşən Gəncəyə səfər edib. Hər bir səfər yeni təməlqoyma mərasimləri, təntənəli açılışlar və unudulmaz görüşlərlə yaddaşlara həkk olunub.

Xalq artisti əminliklə bildirib ki, Azərbaycan Ordusu yenidən Azərbaycan Respublikasının prezidenti seçilən cənab İlham Əliyevin Ali Baş Komandanlığı və onun qətiyyəti, prinsipiallığı sayəsində, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edəcəkdir.

Hərbi qulluqçulardan Vüqar Quliyev, İsmayıl Beydullayev, Qismət Babayev və başqaları çıxış edərək cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqindən daha da ruhlandıqlarını, Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad etmək üçün əmrini gözlədiklərini bildiriblər.

Tədbirin sonunda Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi "Əmrinə hazırıq, Ali Baş Komandanın!" ədəbi-musiqili kompozisiyasını təqdim edib.

Ordu.az

Teqlər: MN   Prezident   Tədbirlər  

Prezidentin nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb

2018/04/50ca305c3822dd3e45123c602c6db8a8_3048429044.jpg
Oxunub: 1724     16:53     20 Aprel 2018    