“Foreign Policy”: Avropa ordularına miqrantları çağırmaq təklif edilib

2018/04/678768768_1524213782.jpeg
Oxunub: 1114     16:41     20 Aprel 2018    
“Avropa ölkələrində immiqrantların inteqrasiyası probleminin həlli onların orduda xidməti ola bilər”.

Ordu.az “Foreign Policy” nəşrinə istiandən xəbər verir ki, bu barədə Atlantik Şuranın baş elmi işçisi Elizabet Bro bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin Müdafiə Nazirlikləri hazırda ciddi əsgər çatışmazlığı problemi ilə üzləşiblər, işsiz immiqrantlar isə məvacib qarşılığında orduda xidmət etməyə hazırdırlar.

“Fransa Xarici Legionu əsasını xaricilər təşkil edən əfsanəvi hərbi birləşmədir. Onun əsgərləri Fransa hökumətinə muzdlular qismində çıxış edirlər və bunu qeyri-adi dərəcədə uğurla həyata keçirirlər. Legion hələ XIX əsrdə formalaşdırılsa da, həmin dövrdən bəri o, universal döyüş gücünə çevrilir. Hələ də Fransa ordusunda bu birləşmənin çox xüsusi rolu var”, - deyə Bro vurğulayıb.

Alim hesab edir ki, Fransa modeli Avropaın digər ölkələri tərəfindən də istifadə olunmalıdır. Həmçinin vətəndaşlığın əldə olunmasını asanlaşdıran ABŞ ordusunda xidməti də fərqləndirmək olar.

“Bir sıra mənbələrin məlumatın görə, ABŞ ordusunda 24 mindən çox xarici vətəndaş var. Onlar bu yolu məh daha asan və daha qısa zamanda ABŞ vətəndaşlığı almaq üçün seçiblər. Orduda məvacibin yüksək olmasını da fərqləndirmək olar. Həmçinin İspaniya Legionunu da fərqləndirmək olar. XX əsrin ortalarında bu hərbi birləşmədə də əksərən xarici vətəndaşlar silah tuturdu”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, hazırda öz silahlı qüvvələrinin kəmiyətini 100 mindən 150 min nəfərədək artırmağı planlaşdıran Polşa üçün xarici vətəndaşların orduya çağırılması əla fürsət ola bilər. Finlandiya və İsveçdə də bu variant uğurlu ola bilər.

“Təcrübə göstərir ki, immiqrantlar şübhə edənləri bütün gözləntilərini alt-üst edərək ölkə ordusu üçün nəinki zərərli, hətta bəzən həmin ölkənin öz vətəndaşlarından daha faydalı ola bilirlər”, - deyə Elizabet Bro vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Avropa-Ordusu   Miqrantlar  

“Foreign Policy”: Avropa ordularına miqrantları çağırmaq təklif edilib

2018/04/678768768_1524213782.jpeg
Oxunub: 1115     16:41     20 Aprel 2018    