İdlibdə sərt döyüşlər davam edir

2018/04/567567_1523948265.jpg
Oxunub: 1133     10:56     17 Aprel 2018    
İdlibdə 350 nəfərdən çox itki verən ASO qüvvələri Dəməşqin şimal-şərqində yerləşən Dumeyra şəhərini tərk etməyə razılıq veriblər.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, Dəməşqin cənub sərhədlərində Suriya ordusu və müttəfiqlərinin qüvvələri artmaqdadır.

Suriya ordusunun 105 və 106-cı briqadaları, həmçinin İŞİD üzərinə hücuma başçılıq etməli olan 4-cü mexanikləşmiş diviziyası Ət-Tədamun, Əl-Qədəm və Həcər əl-Əsvəd rayonlarına gəlib.

İdlibin cənubunda hökumət qüvvələri ilə terrorçuların birləmiş qüvvələri arasında xüsusi sərt döyüşlər gedir. Son iki gündə döyüşlər 10-dan çox kəndin ərazisində gedib. Hər iki tərəf ciddi canlı itkilər verib. “Ən-Nüsra” cəbhəsinin 196, digər müxalifət birləşmələrinin 148 itki verdiyi qeyd olunur.

Qərb koalisiyasının zərbələrindən sonra bu ərazidə terrorçuların xüsusi aktivliyi müşahidə olunur, o səbəbdən ekspertlər yaxın bir neçə gün ərzində də İdlib vilayətində daha sərt döyüşlərin olacağını istisna etmirlər.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İdlib   Suriya   ASO   İŞİD   SQQ  

Xəbər lenti

İdlibdə sərt döyüşlər davam edir

2018/04/567567_1523948265.jpg
Oxunub: 1134     10:56     17 Aprel 2018    