Rusiya MN: Şərqi Qutadakı videolar Xan-Şeyxun kadrlarını xatırladır

2018/04/qruplasmalar-serqi-quta-sakinlerin-texliyesine-bele-mane-olur456_1523945803.jpg
Oxunub: 1108     10:15     17 Aprel 2018    
“Suriyanın Duma şəhərində çəkilən təxmin olunan kimyəvi hücumun görüntüləri 2017-ci ilin aprel ayında Xan-Şeyxun şəhərində çəkilən kadrlara bənzəyir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Radiasiya, Kimyəvi və Biloji Müdafiə Qoşunlarının rəisi, general-mayor İqor Kirillov bəyan edib.

“Şərqu Qutada çəkilən bütün kadrlarda səhnələrin quraşdırma olmasının elementləri var. Təhqiqat göstərdi ki, uşaqların cəsədləri çəkiliş zamanı mənzilin müxtəlif hissələrinə daşınıb, həmçinin onları bir tibb mərkəzi daxilində çəkiblər. Görüntülər eynilə Xan-Şeyxunda çəkilənləri xatırladır”, - deyə Kirillov bildirib.

O qeyd edib ki, ən böyük maraq oyadan amillərdən biri hər iki halda kimyəvi zəhərli maddələrlə işləyən və kadrları çəkən insanların xüsusi mühafizə vasitələrindən istifadə etməməsidir.

“Orada aydın şəkildə operatorlardan birinin mühafizə olunmadığı gözə çarpır. “Ağ dəbilqələr” cəmiyyətinin əsas işi məhz belə çəkilişləri qurmaqdır, humanitar yardım göstərmək yox”, - deyə Kirillov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Şərqi-Quta  

Xəbər lenti

Rusiya MN: Şərqi Qutadakı videolar Xan-Şeyxun kadrlarını xatırladır

2018/04/qruplasmalar-serqi-quta-sakinlerin-texliyesine-bele-mane-olur456_1523945803.jpg
Oxunub: 1109     10:15     17 Aprel 2018    