Suriya HHM kompleksləri İsrail HHQ-nin zərbələrini dəf edib

2018/04/1586_1523944673.jpg
Oxunub: 1314     13:57     17 Aprel 2018    
Suriya ordusunun hava hücumundan müdafiə kompleksləri ötən gecə Şayrat və Dumeyr aerodromlarına endirilən 9 raket zərbəsini dəf edib.

Ordu.az “Al Ekhbariya” telestansiyasına istinadən xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, Xüms vilayətində yerləşən Şayrat və Dəməşqin 50 kilometr şimalında yerləşən Dumeyr aerodromlarına endirilən raket zərbələrinin dəf olunmasında Suriya ordusunun hava hücumundan müdafiə kompleksləri özlərini yaxşı nümayiş etdirib.

Belə ki, Şayrat aerodromuna atılan raketlərdən 6-sı, Dumeyr aerodromuna atılan raketlərdən isə 3-ü Suriya zenitçiləri tərəfindən vurulub.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi hələlik zərbələrlə bağlı heç bir açıqlama verməyib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya   İsrail  

Suriya HHM kompleksləri İsrail HHQ-nin zərbələrini dəf edib

2018/04/1586_1523944673.jpg
Oxunub: 1315     13:57     17 Aprel 2018    