Pakistan HDQ-nin yeni tankeri dəniz sınaqlarını tamamlayıb

2018/04/567567_1523883485.jpg
Oxunub: 1627     21:57     16 Aprel 2018    
Pakistan Hərbi Dəniz Qüvvələrinin yeni filotiliya tankeri ilkin dəniz sınaqlarını tamamlayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, 158 metr uzunluğa sahib gəmi Kəraçi limanından Hind okeanına doğru üzüb.

Bundan sonra da bir sıra sınaqlara salınacaq gəminin 2018-ci il ərzində donanmaya çatdırılması gözlənilir.

Gəmi Pakistan Müdafiə İstehsalat Nazirliyinin layihəsi əsasında tikilib. Gəminin tikilməsi üçün yerli şirkət olan “Karachi Shipyard & Engineering Works” və Türkiyənin “Savunma Teknolojileri Mühendislik ve Ticaret” şirkəti tərəfdaş kimi seçilib.

Onun tam uzunluğu 158,4 metr, yükgötürmə qabiliyyəti isə 16400 tondur. Pakistanın bu vaxta qədər istehsal etdiyi ən böyük gəmi kimi qəbul edilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pakistan   HDQ   Tanker  

Xəbər lenti

Pakistan HDQ-nin yeni tankeri dəniz sınaqlarını tamamlayıb

2018/04/567567_1523883485.jpg
Oxunub: 1628     21:57     16 Aprel 2018    