Hindistan aviadaşıyıcı sahəsində Çinə uduza bilər

2018/04/pix3_062014345_1523882535.jpg
Oxunub: 1671     23:54     16 Aprel 2018    
Çin növbəti həftə özünün ikinci aviadaşıyıcısının ilkin dəniz sınaqlarına başlayacaq. Bununla yanaşı, o, artıq üçüncü aviadaşıyıcının inşasını planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan isə Rusiyadan alınmış “INS Vikramaditya” (Admiral Qorşkov) aviadaşıycısının yenilənməsini davam etdirir.

2013-cü ilin noyabrında 2,33 milyard dollara alınan “Qorşkov” 44 min ton çəkiyə malikdir. Bəzi mənbələr onun modernizasiyası ilə eyni zamanda ilk milli aviadaşıyıcı olacaq “INS Vikrant”ın istehsalı üzrə Koçin tərsanəsində aparılan işlərin irəlilədiyini bildirirlər.

Lakin onun ilk dəniz sınaqlarına ən yaxşı halda 2020-ci ilin oktyabrında başlayacağı və tam əməliyyat qabiliyyətinə yalnız 2023-cü ildə malik olacağı bildirilir. İnşasına 2003-cü ildə başlanan “Vikrant”a bu vaxta qədər 2 milyard 840 milyon dollara qədər vəsait xərclənib.

Tikinti işlərinin ləngliyindən şikayətlənən rəsmi bir aviadaşıyıcının tikintisinin Hindistanda on ildən çox bir vaxt apardığı halda Çində bununla bağlı işlərin görülməmiş sürətlə irəlilədiyini vurğulayıb.

“Onlar artıq 6 daşıyıcı hücum qrupu hazırlamağı düşünürlər. Bunlardan ən azı ikisinin nüvə güclü olması düşünülür”, - deyə rəsmi əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Aviadaşıyıcı   Çin  

Hindistan aviadaşıyıcı sahəsində Çinə uduza bilər

2018/04/pix3_062014345_1523882535.jpg
Oxunub: 1672     23:54     16 Aprel 2018    