“Mettis dünyanı Trampdan qorumalıdır” – Ellsberq

2018/04/received_2132151760350482_1523712355.jpeg
Oxunub: 978     19:57     14 Aprel 2018    
Məşhur Pentaqon sənədlərini (Pentaqon Papers) sızdıran analitik Daniel Ellsberq ABŞ Müdafiə naziri Ceyms Mettisi dünyanı Donald Trampdan qorumağa çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, vəziyyətin nüvə silahından istifadə edilməsinə çox yaxın olduğunu vurğulayıb.

“Çox mürəkkəb bir zamandır. Qorxuram ki, prezident müharibə başlatmağa çox həvəsli olsun. Mettis bizi ondan qorumalıdır”, - deyə Ellsberq bildirib.

“Sabiq prezident Riçard Niksonun zamanında Müdafiə naziri olmuş Ceyms Şlesinger gizli göstəriş vermişdi ki, özünün möhürlü təsdiqi olmadan prezidentin hər hansı hərbi hücum və ya nüvə silahından istifadə əmri yerinə yetirilməsin. Doğrudur, hazırda bu addım konstitusiyaya ziddir və Mettisin buna hüququ yoxdur. Amma istənilən halda o bunu etməlidir. Biz hamımız Mettisin bizi prezidentdən qorumasından asılıyıq”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Mettis   Tramp  

Xəbər lenti

“Mettis dünyanı Trampdan qorumalıdır” – Ellsberq

2018/04/received_2132151760350482_1523712355.jpeg
Oxunub: 979     19:57     14 Aprel 2018    