Almaniya və İran nüvə sazişi ilə raket proqramının əlaqəli olmadığını bildirib

2018/04/41847845151_1523696809.jpg
Oxunub: 1325     18:05     14 Aprel 2018    
İran və Almaniya Tehranın raket proqramının ölkənin dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişi ilə əlaqəli olmadığını vurğulayıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran və Almaniya Xarici İşlər nazirlərinin telefon danışığında qeyd olunub.

Telefon danışığı zamanı İranın Xİ naziri Avropa İttifaqının nüvə sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməsinə məcbur etmək üçün ABŞ-a təzyiq etməyə çağırıb.

Həmçinin, nazirlər qarşılıqlı əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Hər iki tərəf Suriya böhranının diplomatik yolla həllini dəstəkləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Almaniya   Nüvə-sazişi  

Almaniya və İran nüvə sazişi ilə raket proqramının əlaqəli olmadığını bildirib

2018/04/41847845151_1523696809.jpg
Oxunub: 1326     18:05     14 Aprel 2018    