Ermənistan ordusunda korrupsioner polkovnikə bəraət verilib

2018/04/32423423_1523687907.jpg
Oxunub: 2119     15:16     14 Aprel 2018    
Ermənistanda məhkəmə orduda sui-istifadə hallarına yol verən yüksək vəzifəli şəxsə bəraət verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan müdafiə nazirliyi sistemində istefaların və həbslərin olduğunu qeyd edilir.

Belə ki, MN-nin silahlandırma idarəsinin rəisi vəzifəsindən azad edilən general-mayor Melsik Çilinqaryan, həmin idarənin keçmiş avtomobil xidmətinin rəisi olan polkovnik Armen Marqaryan, maddi texniki təminat şöbəsinin rəisi polkovnik Mher Papyan həbs edilib. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsində ittiham edilirdilər.

Məlumata görə, bir müddət keçdikdən sonra bu cinayət işi üzrə adları keçənlərdən yalnız Armen Marqaryan məhkəmənin müttəhimlər kürsüsündə olub. Ancaq ilk məhkəmə instansiyası ona bəraət verib.

İttihamçı prokuror məhkəmə qərarını Apelyasiya Məhkəməsinə şikayət etmiş və məhkəmədə lehinə qərar verildikdən sonra, işin yenidən araşdırılması üçün ilk instansiya məhkəməsinə göndərilməsinə nail olub. İndi isə müttəhimin vəkilləri Apelyasiya məhkəməsinin hökmündən Kassasiya məhkəməsinə şikayət təqdim ediblər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Korrupsiya  

Ermənistan ordusunda korrupsioner polkovnikə bəraət verilib

2018/04/32423423_1523687907.jpg
Oxunub: 2120     15:16     14 Aprel 2018    