Postancyan hərbçilərə səsləndi: "Apreldə yüzlərlə yaralı və ölümüz oldu"

2018/04/456456_1523685836.jpg
Oxunub: 1694     10:32     14 Aprel 2018    
“Yerkir Tsirani” partiyasının rəhbəri Zaruhi Postancyan dünən Ermənistan müdafiə nazirliyinin inzibati binası qarşısından hərbi qulluqçulara müraciət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, müraciətində hərbi qulluqçulara Serj Sarkisyanın yenidən hakimiyyəti işğal etməsinə imkan verməməyə dair çağırış edib.

Postancyan, Sarkisyanın yaratdığı cinayətkar qruplaşmanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistanın uçuruma getdiyini qeyd edib. Hərbçilərin sosial şəraitinin aşağı olması, pis mənzil və xidmət şəraiti, onların hüquqlarının qanunla müdafiə edilməməsi kimi problemləri sadalayıb.

O, fəaliyyətdə olan müdafiə doktrinası siyasəti nəticəsində itkilər verməyə davam etdiklərini, o cümlədən 2016-cı ildə aprel döyüşlərində 100-lərlə yaralı və ölü olaraq itki verdiklərini, Talış kəndinin darmadağın edilməsi, Lələ Təpənin və hektarlarla ərazinin itirilməsini xatırlatıb.

Partiya rəhbəri hakimiyyətin yarıtmaz siyasətinə toxunaraq, hər gün cəbhədə itki verdiklərini bildirib. Müdafiə doktinasının Ermənistana verdiyi mənfi təsirlərini vurğulayan Postancyan, 1994-cü ildə atəşkəs rejimi haqqında sazişi məğlubiyyət kimi qiymətləndirib. O, müdafiə doktrinasının səhv olduğunu və hücum doktrinasına ehtiyac olduğunu qeyd edib.

Erməni silahlı qüvvələrinin 1996 və 2008-ci illərdə siyasi məsələlərə müdaxilə etməsini pisləyən Postancyan, hərbçiləri yeni siyasi sistem tərkibində milli və demokratik yeni hərbi doktrina hazırlanmasında, silahlı qüvvələrin müasirləşdirilməsində iştirakçı olmalarına səsləyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Xəbər lenti

Postancyan hərbçilərə səsləndi: "Apreldə yüzlərlə yaralı və ölümüz oldu"

2018/04/456456_1523685836.jpg
Oxunub: 1695     10:32     14 Aprel 2018    