102-ci bazanın kəşfiyyatçıları dağ hazırlığı təlimlərinə cəlb edilib

2018/04/43534534_1523685114.jpg
Oxunub: 1541     10:11     14 Aprel 2018    
Ermənistandakı rus hərbi bazasının kəşfiyyatçıları “Pəmbək” təlim mərkəzində dağ hazırlığından sonra daimi yerləşmə məntəqəsi istiqamətində 100 km-lik yürüş ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya SQ Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətindən yayılan məlumatda bildirilib.

Hərbi qulluqçular dağlıq ərazidə səmtlənmə, kəndirlərdən istifadə etməklə, əlaltı vəsaitlərdən və dağlıq ərazi üçün təchizatdan yararlanmaqla hava keçidləri hazırlayıb, o cümlədən dağ çayları, dərələri, qayalıq əraziləri dəf etmək bacarıqlarını mənimsəyiblər.

Kəşfiyyatçıların dağ hazırlığı təlimi 2500 m hündürlükdə olan Şeqgöl dağına 3 gün ərzində çıxılması yarışı ilə başa çatıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   102-baza   Təlim  

Xəbər lenti

102-ci bazanın kəşfiyyatçıları dağ hazırlığı təlimlərinə cəlb edilib

2018/04/43534534_1523685114.jpg
Oxunub: 1542     10:11     14 Aprel 2018    