Ağ Ev: “Suriya ilə bağlı iclas az öncə yekunlaşdı”

2018/04/1548451_1523602738.jpg
Oxunub: 1841     14:58     13 Aprel 2018    
Prezident Trampın Suriyadakı son vəziyyəti müzakirə etmək üzrə Milli Təhlükəsizlik Şurası ilə görüşdüyü iclas bir az öncə bitdi. Son qərar verilmədi”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablayan Ağ Evin mətbuat katibi Sarah Sanders görüşdə son qərarın verilmədiyini bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar kəşfiyyat hesabatlarını gözdən keçirməyə davam edir və eyni zamanda müttəfiqlərlə müzakirələr aparılır.

Sander Donald Trampın bu gün axşam Britaniya Baş naziri Tereza Mey və Fransa prezidenti Makronla telefon danışığı edəcəyini bildirib.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyinə dair etdiyi açıqlamada bəzi iclasların baş tutacağını və son qərarın bundan sonra veriləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   Tramp   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin