S-400-lər üzrə Rusiya-Hindistan danışıqları uzanıb

2018/04/1428_1523540988.png
Oxunub: 1694     22:33     12 Aprel 2018    
“Rusiya və Hindistan arasında S-400 zenit raket komplekslərinin təchizatı üzrə danışıqlar yubanır”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov bəyan edib.

“Hindistanla bütün texniki məsələlər müzakirə edilərək razılaşdırılıb. Hazırda kommersiya danışıqları mərhələsindəyik və proses məhz buna görə ləngiyir”, - deyə Drojjov bildirib.

O qeyd edib ki, qiymətlə bağlı fikir müxtəlifliyinə baxmayaraq artıq bu il çərçivəsində müqavilənin imzalanması nəzərdə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hindistan   S-400  


Bizi "telegram"da izləyin