“Admiral Kuznetsov”un donanmaya qayıtma tarixi bəlli olub

2018/04/1482_1523539872.jpg
Oxunub: 2234     21:37     12 Aprel 2018    
“Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Admiral Kuznetsov” kreyseri donanmanın heyətinə 2021-ci ildə qayıdacaq”.

Ordu.az “Russia Today” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan edib.

“Aviadaşıyıcının bütün avadanlıqları və qurğuları dəyişdiriləcək, əsaslı təmir həyata keçiriləcək. Artıq 2020-ci ildə təmir başa çatdırılacaq, 2021-ci ildə isə donanmanın tərkibinə qayıdacaq”, - deyə Borisov bildirib.

O qeyd edib ki, təmir Murmanskda yerləşən gəmiqayırma zavodunda həyata keçiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Admiral-Kuznetsov  


Bizi "telegram"da izləyin