Rusiya gəmilərinin Suriya sahillərindən getmə səbəbi açıqlanıb

2018/04/1483_1523539448.jpg
Oxunub: 2284     21:21     12 Aprel 2018    
Rusiya Hərbi Dəniz Donanması Aralıq dənizi birləşməsinə məxsus gəmilərinin Tartus limanını niyə tərk etməsinin səbəbi məlum olub.

Ordu.az Eg.ru saytına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu hadisənin səbəblərini açıqlayıb.

“Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmilərin Tartus limanını tərk etməsinin səbəbi Suriya sahilləri yaxınlığında hərbi təlimdə iştirak etməsidir”, – deyə məlumatda bildirilir.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik bu məlumatı şərh edərək bildirib ki, Rusiyanın Aralıq Dəniz Flotiliyasının məqsədi regionda təhlükəsizliyin təminatı, dünyada stabilliyin qorunması üzrə Müdafiə Nazirliyinin verdiyi tapşırıqları icra etməkdir, heç bir səbəb olmadan bir limanda uzun müddət qalmaq deyil.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Tartus-bazası  


Bizi "telegram"da izləyin