5-ci nəsil Rusiya-Hindistan qırıcısının yaradılmasına dair müqavilə hazırdır

2018/04/456_1523536420.jpg
Oxunub: 1991     20:32     12 Aprel 2018    
“5-ci nəsil FGFA Rusiya-Hindistan qrıcısının yaradılması üzrə müqavilənin layihəsi artıq hazırdır”.

Ordu.az “RİA Novosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov bəyan edib.

“Tərəflər prespektivli çoxfunksiyalı qırıcının yaradılması üzrə təcrübi-konstruktiv işlərin aparılmasına dair müqavilə layihəsinin müddəalarını artıq razılaşdırıblar. Rusiya tərəfi müqavilənin imzalanmasına hazırdır”, - deyə Deojjov bildirib.

Bununla belə o qeyd edib ki, hər şey Hindistan hərbi-siyasi rəhbərliyinin qərarından asılıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Hindistan   Qırıcı  


Bizi "telegram"da izləyin