Donbası Suriyanın taleyi gözləyə bilərmi?

2018/04/456-(2)_1523535901.jpg
Oxunub: 1867     20:24     12 Aprel 2018    
“Əgər Rusiya və Ukrayna arasında hərbi münaqişə başlayarsa, Donbası Suriyanın taleyi gözləyə bilər”.

Ordu.az İnforesist.org saytına istinadən xəbər verir ki, bu barədə Polşanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yan Peklo bəyan edib.

O, bu barədə Ukraynanın paytaxtı Kiyevdə keçirilən təhlükəsizlik üzrə beynəlxalq forumda bildirib.

“Bizə vahidlik lazımdır və biz vahidlikdən bəhs etməliyik. Hələ ki, buna nail olmaq üçün çox şey etməliyik. Hazırda biz Suriyada baş verənlərin Donbasda təkrarlanmamasına çalışmalıyıq”, - deyə Peklo açıqlayıb.

Səfir qeyd edib ki, Suriyada vəziyyət getdikcə daha da gərginləşir və bunun fonunda Ukraynanın Şərqi də paralel şəkildə növbəti Suriyaya çevrilə bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Suriya  


Bizi "telegram"da izləyin