“... ABŞ-ın kimyəvi silahlarını məhv etməklə başlayaq” – Zaxarova

2018/04/567567_1523532664.jpg
Oxunub: 1745     19:22     12 Aprel 2018    
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın silah yarışını bitirməyə çağıran tvitinə cavab verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zaxarova buna Birləşmiş Ştatların saxlamaqda davam etdiyi kimyəvi silahları məhv etməkdən başlamağı məsləhət görüb.

Öz “facebook” hesabından məsələ ilə bağlı açıqlama verən Zaxarova Amerikanın hələ də kimyəvi silahlardan imtina etmədiyini xatırladıb.

“Gözəl ideyadır. ABŞ hələ də kimyəvi silah depolarını saxlayır. Gəlin elə sizin bu silahlarınızdan canımızı qurtarmaqla başlayaq”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Silah-yarışı  


Bizi "telegram"da izləyin