Keçmiş ABŞ prezidenti: “Trampı müharibə və nüvə zərbələrindən çəkinməyə səsləyirəm”

2018/04/AP_18100598546146-pic685-685x390-11884_1523517238.jpg
Oxunub: 2010     15:15     12 Aprel 2018    
“ABŞ-ın cari prezidenti Donald Tramp istənilən yolla döyüş fəaliyyəti və nüvə zərbələrindən yayınmalıdır”.

Ordu.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, bu barədə keçmiş ABŞ prezidenti Cimmi Karter bəyan edib.

“Trampın ABŞ-ı sülh vəziyyətində saxlaya və Şimali Koreya, Rusiya və ya Suriyaya qaynaqlanan problemləri böyütməyəcəyi və dərinləşdirməyəcəyinə dair dua edirəm”, - deyə Karter bildirib.

Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, nüvə zərbələrinin istənilən mübadiləsi insanlıq üçün dəhşətli faciələrə gətirib çıxaracaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Suriya-böhranı  


Bizi "telegram"da izləyin