Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə artıq ABŞ dövlət katibi vəzifəsinə təsdiq olunan Mayk Pompeonun ABŞ Konqresinə müraciətində bildirilir.
“Artıq Rusiyaya münasibətdə yumşaq siyasət dövrü arxada qalıb, bundan sonra hər şey başqa cür olacaq”, - deyə Pompeo qeyd edib.
Onun sözlərinə görə, ABŞ Rusiyaya qarşı meyllərin olduğu bütün ölkələrlə əməkdaşlıq etməkdən çəkinməməlidir.
“Rusiya aqressiv şəkildə fəaliyyət göstərməyə davam edir və etiraf etmək lazımdır ki, bundan bizim ölkənin yumşaq siyasəti də günahkardır. Artıq buna son qoyulub. Bizim administrasiyanın Vladimir Putin üçün qiyməti qaldırmağa görə həyata keçirəcəyi tədbirlərin geniş siyahısı hazırdır. Bu, bizim sanksiyalarımız, onların diplomatlarının göndərilməsi, ordunun və nüvə çəkindirməsi qüvvələrinin möhkəmləndirilməsi, Gürcüstan və Ukraynada cəsur oğlanların silahlandırılması, Rusiyanın artan təsirinin qarşısının alınmasıdır”, - deyə Pompeo vurğulayıb.
Bununla belə, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri heç nəyə baxmayaraq Moskva ilə əalqələrin davam etdirilməli olduğunu açıqlayıb.
Ağalar Qəribov
Ordu.az