Ordu.az “Exo Moskvı” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov bəyan edib.
“Silahlı Qüvvələrin bölmələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ABŞ-ın Suriyaya mümkün zərbələri ilə əlaqədardır”, - deyə Şamanov bildirib.
Həmçinin “Satellite Internacional” şirkətinin açıqladığı peyk görüntülərində Rusiyanın döyüş gəmilərinin Tartus bazasını tərk etdikləri görünüb.
Şəkillərdən birində limanda duran 7 gəmi, 2 diversiya kateri və 2 dizel sualtı qayığı görünür. Artıq aprelin 11-ə aid görüntülərdə isə gəmilərin əksəriyyətinin limanı tərk etdiyi, yalnız bir sualtı gəminin qaldığı görünür.
Ağalar Qəribov
Ordu.az