Suriya XİN: Dəməşq ABŞ-ın hərbi təhdidlərinə təəccüblənmir

2018/04/208_1523471355.jpg
Oxunub: 2306     02:30     12 Aprel 2018    
ABŞ, onun müttəfiqləri Böyük Britaniya və Fransa tərəfindən aqressiv hərbi təhdidlərin eskalasiyası Dəməşq üçün gözlənilməz deyil.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir.

“Biz Duma şəhərində kimyəvi silahın tətbiqi ilə baş verən hücum barədə yaradılan saxtalaşdırılmış hərbi şantaj kompaniyasına təəccüblənmirik”, - deyə bəyanatda qeyd edilir.

O cümlədən Birləşmiş Ştatlar və onların müttəfiqlərinin terrorçulara dəstək verməsinin boşuna əmək sərfi olduğu və Suriya ordusunun ölkədə terrorizmi məhv etməsinə heç nəyin mane ola bilməyəcəyi vurğulanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ABŞ   Kimyəvi-hücum  


Bizi "telegram"da izləyin