Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə T-90 tanklarının istehsal edildiyi “Uralvaqonzavod” şirkətinin baş direktoru Aleksandr Potapov bəyan edib.
“Hazırda Hindistan lisenziya əsasında Rusiya tanklarının istehsalını həyata keçirir. Yeni razılaşma əsasında T-90 tankları üçün ehtiyat hissələrinin istehsalı sənayesi də yaradılacaq”, - deyə Potapov bildirib.
O qeyd edib ki, istehsalına başlanacaq ilk hissə tankların radiatoru olacaq.
Ağalar Qəribov
Ordu.az