Putin: “Dünyadakı vəziyyət daha xaotik vəziyyət alır”

2018/04/204_1523466295.jpg
Oxunub: 2091     00:59     12 Aprel 2018    
“Dünyadakı vəziyyət getdikcə daha xaotik xarakter alır və bu, narahatlıq doğurmaya bilməz”.

Ordu.az Svoboda.org saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Dünyadakı vəziyyətin gərginləşən xarakterinə baxmayaraq ümid edirik ki, sonda beynəlxalq münasibətlər konstruktiv müstəviyə yönələcək, dünya sistemi stabil və proqnozlaşdırılan olacaq”, - deyə Putin bildirib.

Rusiya lideri dünyada vəziyyətin gərginləşməsinin daha böyük münaqişə və problemlərə yol aça biləcəyini vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Vladimir-Putin  


Bizi "telegram"da izləyin