ABŞ ordusu xarici infrastrukturlara qarşı kiber hücumlara hazırdır

2018/04/received_2515297252029761_1523385610.jpeg
Oxunub: 1977     02:43     11 Aprel 2018    
ABŞ ordusunun kiber qüvvələri gələcək potensial münaqişələr zamanı Çin və Rusiyadakı əhəmiyyətli infrastrukturları bağlamağa hazırdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Kiber Komandanlığının rəhbəri general Paul Nakason bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər həm Çin, həm də Rusiya ABŞ şəbəkələrinə qarşı kiber kəşfiyyat hücumları həyata keçirib. ABŞ ordusu da xarici infrastrukturlara qarşı oxşar kiber hücumlar planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   kiber  


Bizi "telegram"da izləyin