“Reuters”: ABŞ Suriyada Rusiya bazasına zərbə endirəcək

2018/04/original-1f8s_1523350876.jpg
Oxunub: 2973     17:09     10 Aprel 2018    
ABŞ hökuməti Suriyada kimyəvi silah istehsalı proqramı ilə əlaqədar olaraq bir sıra obyektlərə, o cümlədən Rusiyanın Suriyadakı “Hmeymim” aviabazasına zərbələr endirilməsinin mümkünlüyünü nəzərdən keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evdən olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, mümkün hədəflər arasında Rusiyanın “Hmeymim” aviabazası ilk zərbə endirilməsi planlaşdırılan obyektlərdən biridir. Məhz buradan Rusiya və Suriya təyyarələri Şərqi Qutadakı terrorçuların obyektlərinin bombalanmasını həyata keçirirlər.

Ağ Ev “Hmeymim” aviabazasına zərbə endirməklə kimyəvi silahların daşınması və yayılmasının qarşısını alcağını zənn edir.

ABŞ-ın bu əməliyyata müttəfiqlərini də cəlb edəcəyi gözlənilir. İlk növbədə Britaniya, Fransa və Vaşinqtona yaxın Yaxın Şərq ölkələrinin ABŞ-a bu məsələdə yardım göstərəcəyi şübhə doğurmur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin