Suriyanın BMT-dəki nümayəndəsi: “Qərb terrorçulara kimyəvi silah təchizatını gizlədir”

2018/04/4679589_1523346499.jpg
Oxunub: 2098     15:46     10 Aprel 2018    
“Böyük Britaniya və Fransa qəsdən Suriyada terrorçuları kimyəvi silahla təchiz edirlər ki, sonra bunu Dəməşqin diversiyası kimi qiymətləndirsinlər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.

“6 il öncə bir Təhlükəsizlik Şuraısna rəsmi məktub təqdim etdik. Dedik ki, Birləşmiş Krallıq və Fransa Syruya hökumətinin öz xalqına qarşı kimyəvi silah tətbiq etdiyini bəyan edərək diffimasiya kompaniyası həyata keçirirlər”, - deyə Cəfəri bildirib.

O qeyd edib ki, bununla da Qərb terrorçu qruplaşmaları kimyəvi silahlarla təchiz edib onların istifadəsində Suriya rəhbərliyini günahlandırmağa çalışır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Kimyəvi-silah  


Bizi "telegram"da izləyin