“Qaz hücumları” xronologiyası: Vaşinqtonun uğursuz şahmat partiyası, yaxud...

2018/04/234234_1519973619_1523295683.jpg
Oxunub: 5130     02:35     10 Aprel 2018    
Suriyada təxmin edilən yeni “kimyəvi hadisə” ötən il şahidi olduğumuz analoji seriyanı xatırladır.

30 mart 2017-ci il
Nikki Heyli: “ABŞ-ın Suriyaya dair əsas tapşırığı Əsədin getməsinə nail olmaqla əlaqədar deyil”.

Nyu-York (“Reuters”) – ABŞ-ın Suriya üzrə diplomatik yanaşması artıq müharibədən dağılan ölkənin prezidenti Bəşər Əsədin hakimiyyətdən imtina etməsinə nail olmaqla bağlı deyil. Bu, Obama administrasiyasının Əsədin taleyinə münasibətdə ilki və ictimai mövqeyidir.

4 aprel 2017-ci il
Məlumatlara görə, Suriyada təxmin edilən qaz hücumu onlarla dinc sakini öldürüb.
Dünya liderləri Suriyanın şimal-qərbində baş verən kiyəvi hücumla əlaqədar olaraq şok keçirdiklərini bildiriblər. Bir britaniyalı məmur hadisənin hərbi cinayətə bərabər olduğunu deyib.

7 aprel 2017-ci il
Tramp Suriyaya 59 ədəd “Tomohavk” raketi vasitəsilə zərbələr endirib.

ABŞ ordusu Suriya hökumətinin aeorodromunu 59 ədəd “Tomohavk” raketi ilə bombalayıb.

10 aprel 2017-ci il
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli: “Suriyada hökumətin dəyişilməsi labüddür”.

CNN-ə müsahibə verən Heyli bildirib: “Suriya prezidenti Bəşər əl-Əsədin hakimiyyətdən kənarlaşdırılması əsas prioritetdir”. Bu, Tramp administrasiyasının Suriya və Suriya liderinə münasibətdə dəyişkən siyasətinin əyani təcəssümü kimi qiymətləndirilə bilər.

Xan-Şeyxunda baş verən kimyəvi hücum halının öncədən təşkil edildiyi heç kəsə sirr deyildi. Beynəlxalq araşdırma göstərdi ki, təxmin edilən qurbanların böyük əksəriyyəti hospitala öncədən gətirilib. Heylinin bəyanatının ardından heç nə dəyişmədi. Görünür, ABŞ administrasiyası irəli sürdüyü mövqeni dəyişməyi nüfuzuna zərbə kimi qiymətləndirirdi. Bu gözlənilməz dəyişiklik Trampa administrasiyası daxilində mübahisə və dəyişikiklərə səbəb oldu.

29 mart 2018-ci il
Tramp “ABŞ çox tezliklə Suriyadan çıxacaq”.

Vaşinqton (CNN) – ABŞ prezidenti Donald Trampın “Birləşmiş Ştatlar çox tezliklə Suriyanı tərk edəcək” deməsindən cəmi bir neçə saat sonra Pentaqon qoşunların yaxın gələcəkdə də Suriyada qalacağını açıqladı.

Bundan sonra Ohayoda çıxış edən Tramp yenidən “Biz İŞİD-i məhv edirik. Tezliklə Suriyadan çıxacağıq. Qoy bununla indi başqaları məşğul olsunlar” deyə bildirdi.

7 aprel 2018-ci il
Dövlət Departamentinin Duma şəhərində kimyəvi hücum barədə bəyanatı: “Biz diqqətlə aprelin 7-dən daha bir kimyəvi hücum – bu dəfə Duma şəhərinin hospitalında baş verən dəhşətli hadisəni diqqətlə izləyirik. Bir sıra mənbələr və tibb personalının məlumatları xeyli sayda itkilərin olduğunu bildirir. Bu məlumatlar təsdiq edilərsə, beynəlxalq ictimaiyyət buna dərhal reaksiya verməlidir.

8 aprel 2018-ci il
Oğul Donald Tramp: “Suriyadakı mənasız kimyəvi hücumda qadın və uşaqlar da daxil olmaqla xeyli öldürülən var. Ərazi Suriya ordusu tərəfindən tamamilə bloklandığından günahın yalnız Suriya rəhbərliyində olduğu aydındır. Vəhşi Əsədi dəstəklədiyinə görə Putin, Rusiya və İran cavabdehlik daşıyırlar. Bu, onlara baha başa gələcək. Hər hansı səbəb olmadan humanitar fəlakət – dəhşətdir!

Son aylar ərzində Suriya ordusu Şərqi Qutada qiyamçıların anklavının ərazisinin 90 faizində nəzarəti ələ keçirdi. Bu, Qərb koalisiyasının planları ilə uyğun deyildi. Odur ki, məhz yaxşı hazırlanmış kimyəvi hücumlar ssenarisi ilə digər ərəb ölkələrində daha asanlıqla başa gələn hökumət dəyişikliyi Suriyada da koalisiyanı məqsədinə nail etdirməli idi. Lakin İran, Türkiyə və Rusiya üçbucağı yumru bucaqlı daş rolunu oynayan Suriyada bu planların icrasına izn verməmək üçün əllərindən gələni edirlər və görünür, bizi başqa sual maraqlandırmalıdır: Tramp Suriyaya daha bir hücum həyata keçirəcəkmi, yoxsa o, bütün bu hadisələri ən əvvəldən planlaşdıran böyük şahmatçıdır?

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Qaz-hücumları  


Bizi "telegram"da izləyin