BMT qatil robotlar SZ-nin müharibədə istifadəsini müzakirə edəcək

2018/04/shutterstock_372996595_1523279280.jpg
Oxunub: 2876     01:43     10 Aprel 2018    
Birləşmiş Millətlər Təşkilatının 123 üzv dövləti bu gün Cenevrədə bir araya toplanacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə ölümcül avtonom silah sistemlərinin istehsalı və “qatil robot”ların yaradılmasında süni zəkadan istifadənin tənzimlənməsi mexanizmləri müzakirə ediləcək.

Bu vaxta qədər 22 dövlət bu silahların qadağan edilməsinə qərar verib. Lakin hələ də bir çox dövlət bu məsələ ilə bağlı konkret addım atmaqdan yayınır. Bunların arasında ABŞ, Britaniya, Çin, İsrail, Cənubi Koreya və Rusiya kimi ölkələr var.

Qeyd edək ki, sammitin çağrılmasına əsas səbəb 30 ölkədən olan 50-dən çox süni zəka üzrə tədqiqatçının Cənubi Koreyanın Kaist universitetinin qatil robot hazırlamaqla bağlı layihəsini boykot etməsi olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Qatil-robotlar   SZ  


Bizi "telegram"da izləyin