Rusiya Somalidə hərbi baza yaratmağı planlaşdırır

2018/04/23649600434_1523264822.jpg
Oxunub: 1487     18:05     09 Aprel 2018    
Rusiya diplomatları Somalidə hərbi bazanın tikintisinə başlamağa dar danışıqlara başlayıblar.

Ordu.az Lenta.ru saytına istinadən xəbər verir ki, b barədə “Directorate 4” “Telegram” kanalı Somali hökumətindən olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Somalinin şimalında özünü müstəqil dövlət elan edən Somalilend ərazisində tikiləcək hərbi bazadan gedir.

Danışıqların 2017-ci ildə başlaya biləcəyi bildirilir. Həmin vaxt tanınmayan dövlətə Rusiyanın Cibutidəki səfirinin əməkdaşı baş çəkmişdi.

Tikiləcək hərbi bazada iki esmines, 4 freqat və 2 sualtı gəmiyə xidmət etməyə imkan verəcək infrastrukturun qurulacağı və buraya 500 hərbçinin yerləşdiriləcəyi qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Somali   Hərbi-baza  


Bizi "telegram"da izləyin