Britaniya BQ rəisi Pakistanın terrorizmə qarşı səylərini yüksək dəyərləndirib

2018/04/Army-pic1er6_1523095886.jpg
Oxunub: 2555     20:30     07 Aprel 2018    
Britaniya Baş Qərargah rəisi general Nikolas Patrik Karter Pakistanın terrorizmə qarşı səylərini yüksək dəyərləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, həmçinin Pakistan-Əfqanıstan sərhədindən təhlükəsizliyin təmin olunması ilə bağlı görülən işləri də alqışlayıb.

Öz növbəsində Pakistan Baş Qərargah rəisi general Qmər Bəcva da regionda sülh və stabilliyin təmin olunması üçün birgə tədbirlər görməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, general Patrik Karter Pakistanda iki günlük rəsmi səfərdədir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya-Pakistan   Terrorizm  


Bizi "telegram"da izləyin