ABŞ 7,2 milyard dollarlıq hərbi satışı təsdiqləyib – SİYAHI

2018/04/f-16-3176746-1170x610345_1523005623.jpg
Oxunub: 3128     17:04     06 Aprel 2018    
ABŞ Dövlət Departamenti xarici hərbi satış çərçivəsində NATO müttəfiqlərinə 7,2 milyard dollarlıq satışı təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, satışın nəzərdə tutulduğu ölkələr Almaniya, Slovakiya, İspaniya və Birləşmiş Krallıqdır.

Satışların tərkibi aşağıdakı kimi təsdiqlənib:

- Almaniyaya 2,5 milyard dollar dəyərində 4 ədəd MQ-4C “Triton” dronları
- Slovakiyaya 2,91 milyard dollar dəyərində 14 ədəd F-16V qırıcısı və hava-hava raketləri
- İspaniyaya 1,3 milyard dollar dəyərində CH-47F ağır yükdaşıma helikopteri
- Britaniyaya 500 milyon dollar dəyərində MQ-9 “Reaper” dronu

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin