Nİ: “Admiral Kuznetsov” dünya tarixinin ən pis aviadaşıyıcısıdır

2018/04/1415_1522933905.png
Oxunub: 2898     21:09     05 Aprel 2018    
Rusiya Silahlı Qüvvələrinə məxsus “Admiral Kuznetsov” dünyanın tarixində suya buraxılan və hazırda da silahlanmada olan ən pis aviadaşıyıcıdır.

Ordu.az xəbər verir ki, bu barədə “The National Interest” nəşrinin məlumatında bildirilir.

Qeyd edilir ki, əsasın 1983-cü ildə SSRİ-də qoyulan aviadaşıyıcı silahlanmaya 1995-ci ildə artıq Rusiyada qəbul edilib. 1996-cı ildə uğradığı qəzadan sonra gəmi 1998-ci ilədək təmirdə olub. Ardınca isə “Admiral Kuznetsov” yalnız ara-sıra Aralıq dənizinə çıxıb və yalnız 2016-cı ilin noyabrında Suriya sahillərində ilk döyüş əməliyyatında iştirak edib. Onda isə iki təyyarəsi – MiQ-29K və S-33-ü itirib.

Məlumatın fikrinə görə, gəminin uğursuzluğunun səbəbi aşağı quruculuq keyfiyyəti və pis xidmətdir. Aviadaşıyıcının yaxşı vəziyyətə gətirilməsi üçünsə böyük investisiyalar lazımdır, müəlliflərin fikrincə, hazırda Rusiya belə vəsaitləri bir aviadaşıyıcıya ayırmağa hazır (qeyd edək ki, artıq aprel ayında “Admiral Kuznetsov”un əsaslı təmiri üzrə işlərə başlanacaq – red.) deyil.

Nəşr digər uğuruz aviadaşıyıcılar içərisində 1918-ci ildə Britaniyanın suya buraxılan “Eagle”, Fransanın 1920-ci ildə donanmaya daxil etdiyi “Bearn”, Yaponiyanın 1921-ci ildə orduya qəbul etdiyi “Kaga” və ABŞ-ın “Ranger” (suya 1934-cü ildə endirilib) aviadaşıyıcılarını qeyd edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Admiral-Kuznetsov   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin