Ordu.az “Janes”ə istinadən xəbər verir ki, yeni hesabatda əsas adı hallanan ölkə Suriya olub.
Belə ki, hesabatda qeyd olunub ki, sənaye ləvazimatlarının Suriyaya potensial satışı bu ölkənin kimyəvi silah istehsalı imkanlarına təkan verir.
Bu məlumat həm də Suriyanın yüksək manevr qabiliyyətinə malik “Skad D” raketlərinin hazırlanmasında Pxenyanın əlinin olmasına dair şübhələri də özü ilə bərabərində gətirib.
Bundan başqa hesabatda Şimali Koreya ilə müdafiə əməkdaşlığı edən ölkələr arasına Myanma da əlavə olunub. Məlumata görə, KXDR Myanmaya ballistik raket satır.
Ağalar Ağalarlı
Ordu.az