Ordu.az “Defence News” saytına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırkı büdcə britaniyalı hərbçilərin normal şəkildə fəaliyyət göstərməsinin təmin edilməsi üçün yetərli deyil.
“Büdcənin artırılması yeni dünya səviyyəli atom sualtı gəmilərinin bərpası üzrə işlərə başlanılmasını təmin edəcək və bu, bizim hökumətin dünyada sülhün saxlanılmasına çalışmasının daha bir sübutudur”, - deyə qərarı şərh edən Böyük Britaniya baş naziri Tereza Mey bildirib.
Qeyd edək ki, büdcəyə artırılacaq vəsaitin böyük hissəsi sualtı “Dreadnought” qayıqları ilə bağlı proqram üçün nəzərdə tutulan ehtiyat fondun büdcəsindən ayrılacaq.
Ağalar Qəribov
Ordu.az