Hindistan MiQ-29-ların alınmasını nəzərdən keçirir

2018/04/5339899_original234_1522575287.jpg
Oxunub: 5375     21:32     01 Aprel 2018    
Hindistan Hərbi Hava Qüvvələri komandanlığında Rusiyadan 21 ədəd MiQ-29 qırıcısının alınması variantı nəzərdən keçirilir.

Ordu.az “India Today” nəşrinə istinadən xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri komandanlığı məlumat yayıb.

Məlumata görə, bu barədə Hindistan tərəfindən Rusiyaya təklif aprelin 2-də Hindistan müdafiə naziri Nirmala Sithamaranın Moskvaya baş tutuacaq səfəri ərəfəsində edilib.

Hindistan hərbi mənbələrində Hindistan HHQ-nin aviasiya parkının tədricən azalması halında Moskvadan qırıcıların alınması prioritet istiqamətlərdən biri kimi göstərilir.

Qeyd edək ki, hazırda Hindistanın yalnız 32 qırıcı eskadriliyası var, lakin ölkə rəhbərliyi hazırkı şəraitdə ən azı 40 eskadriliyaya ehtiyac olduğunu düşünür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   MiQ-29  


Bizi "telegram"da izləyin