Suriyada Britaniya kəşkiyyat qrupu saxlanılıb

2018/03/1238_1522476737.jpg
Oxunub: 2437     14:32     31 Mart 2018    
Suriyanın Şərqi Quta bölgəsində Suriya Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən yeraltı komandanlıq mərkəzində Britaniyanın SAS (Special Air Service – Xüsusi Hava Xidməti) kəşfiyyatının zabit qrupu saxlanılıb.

Ordu.az “Sana” agentliyinə istinadən xəbər verir ki, SAS zabitləri Cobar və Zəmalkədə YPG-nin hücumlarını dəstəkləməkdə şübhəli bilinirlər.

Kəşfiyyatçılar Dəməşq vilayətinin Şərqi Quta bölgəsinin Cobar qəsəbəsində aşkar ediliblər. Onların ələ keçirilməsində Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölmələri xüsusilə aktiv iştirak edib.

Saxlanılan kəşfiyyatçıların Şərqi Qutadakı fəaliyyəti Suriya hökumətinin Qərbin Suriyada stabilliyi pozmağa cəhd etməsi barədə mövqeyinin təsdiqi ola bilər. Həmçinin kəşfiyyatçıların saxlanma yerində aşkarlanan texniki avadanlıqlar və digər vasitələr onların yalnız passiv məlumat yığma fəaliyyəti ilə məşğul olmadıqlarına dəlalət edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Böyük-Britaniya   Şərqi-Quta  


Bizi "telegram"da izləyin