Britaniya SQ-nin yeni rəhbəri müəyyən olub

2018/03/1468468454_1522234519.jpg
Oxunub: 2157     18:55     28 Mart 2018    
Üç namizədin nəzərdən keçirildiyi Britaniya Silahlı Qüvvələrinin rəhbəri vəzifəsinin yeni sahibi bu gün təyin edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, Keniyanın paytaxtı Nayrobi şəhərində doğulmuş britaniyalı general Nikolas Karter olub.

Məlumata görə, bu posta üç namizəd Baş nazir tərəfindən nəzərdən keçirilirdi. Bunlar general Nikolas Karter, general Ceyms Everard və general Qordon Messencerdir.

Nikolas Karter bu vəzifəyə təyin olunan ilk donanma generalıdır. O daha öncə Şimali İrlandiya, Kosova, Kipr və Almaniyada hərbi əməliyyatlarda iştirak edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Almaniya   Silahlı-Qüvvələr  


Bizi "telegram"da izləyin