Britaniyada “Soyuq müharibə”nin simvolu hərracda satıldı

2018/03/defaultr_1521880705.jpg
Oxunub: 2417     20:47     24 Mart 2018    
Böyük Britaniyada “Soyuq müharibə”nin əsas simvollarından olan və SSRİ-də istehsal edilən 2K11 “Kruq” zenit raket kompleksi hərracda satılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ZRK Qərbi Sasseksdə, Billinqshestdə yerləşən “Summers Place Auctions” hərracında satılıb.

9 metr uzunluğu və 3 metr eni olan “Kruq” üçün təklif edilən ən yüksək məbləğ 15 600 funt sterlinq olub.

Hərracda “Kruq”u “hərbi istehsal incəsənətinin ən unikal nümunələrindən biri” və ““Soyuq müharibə”nin simvolu” adlandırıblar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kruq   Soyuq-müharibə  


Bizi "telegram"da izləyin