ATO tarixində ən irimiqyaslı döyüşlər başlayıb

2018/03/4a6252acbabbf525c4fcbcfe07a1fb46324_1521531879.jpg
Oxunub: 796     12:32     20 Mart 2018    
Bu gün Ukraynanın şərqində Donetsk vilayətinin Mariupol yaxınlığındakı Vodyenoye qəsəbəsində ATO tarixinin ən irimiqyaslı döyüşləri başlayıb.

Ordu.az Segodnya.ua saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi "People's project" könüllülərinə istinadən məlumat yayıb.

"Separatçılar əllərində olan bütün silahlarla Ukrayna hərbçilərini atəşə tutublar. Hərbçilər inamla döyüşərək qarşı tərəfin atəş nöqtəsini məhv etdilər. İndi isə separatçılar tanklarla hücuma keçiblər. Əvvəl onlar tanklardan yalnız gecə istifadə edirdilər", - deyə məlumatda bildirilir.

Ukrayna vaxtı ilə saat 09:30-da Donetsk separatçıları atəşkəsi pozublar. 11:30-da onlar "Qrad"lardan və artilleriya qurğularından atəş açmağa başladılar. ATO qərargahında bu döyüşü Svetlodar döyüşündən sonra ən ağır döyüş hesab edirlər, lakin onun davam edəcəyi təqdirdə döyüşlərin genişlənəcəyi istisna edilmir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ATO   UKrayna   Donbas  

Xəbər lenti

ATO tarixində ən irimiqyaslı döyüşlər başlayıb

2018/03/4a6252acbabbf525c4fcbcfe07a1fb46324_1521531879.jpg
Oxunub: 797     12:32     20 Mart 2018    