Dronlar ABŞ-ı Kimin raketlərindən qoruya bilərmi?

2018/03/_80061031_80061030qüe_1521482048.jpg
Oxunub: 577     21:51     19 Mart 2018    
Donald Trampın Şimali Koreya rəhbəri Kim Çen Inla görüşməyə hazırlaşdığı bir vaxtda konqresdə yenidən 2018-ci maliyyə ili üçün təklif olunan büdcə layihəsi müzakirəyə çıxarılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. Şimali Koreya raketlərini zərərsizləşdirə biləcək böyük yüksəklikli dronlara yatırım edilməsi üçün Konqresin bu həftə büdcəni təsdiqləməsi zəruridir.

Dronlarla bağlı təklif edilən konsept isə sadədir. Uzaqdan idarə edilən dronlar hələ raketlər mühərriklərini qızdırmaqda olarkən onları hədəf alacaq. Bu, həm də onların daha asan aşkar edilməsinə imkan yaradacaq.

ABŞ-ın hazırda istifadəsində olan yerüstü raketdən müdafiə sistemləri qitələrarası ballistik raketləri uçuşun sonrakı mərhələsində tutmaq üçün dizayn edilib. Lakin bu mərhələdə raketlərin aşkar edilməsi və qarşısının alınması daha çətin olur. Çünki onlar artıq daha soyuq, balaca, sürətli və əks-tədbirlərə qarşı dayanıqlı olurlar.

Pentaqonun Raketdən Müdafiə İdarəsi də ilkin mərhələdə əməliyyata keçmə qabiliyyətinə malik dronlara ehtiyac olduğunu təsdiqləyib və bunun üçün lazer sistemlərinin hazırlandığını açıqlayıb.

Lakin agentlik bu dronların 2023-cü ildən tez hazır olmayacağını etiraf edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   ABŞ   PUA   Xvason  

Xəbər lenti

Dronlar ABŞ-ı Kimin raketlərindən qoruya bilərmi?

2018/03/_80061031_80061030qüe_1521482048.jpg
Oxunub: 578     21:51     19 Mart 2018    