Kandilə gedən iki sözdən ibarət son mesaj: “Məhv oluruq” (ANALİZ)

2018/03/6c3bf9e67b309d13445edf99780cfac6_1521477648.jpg
Oxunub: 2665     20:34     19 Mart 2018    
2018-ci ilin martın 18-də Çanaqqala zəfərinin 103-cü ilində Türkiyə Silahlı Qüvvələri hamımızın köksünü qabardan ikinci bir zəfərə imza ataraq tarixi təkrarladı. Terror yuvası olan Afrin kantonu PKK/YPG ünsürlərindən tamamilə təmizləndi, “Zeytun Budağı” əməliyyatı 57-ci günündə türklərin tam qələbəsi ilə başa çatdı.

Xatırladıram ki, bu ilin yanvarın 20-də hərbi əməliyyatın başlandığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin "sərhədlərini qorumağa" ehtiyacı olduğunu açıqlayırdı. Ankaraya görə, Afrin dağlarından təbii sığınacaq kimi istifadə edən YPG terrorçuları sərbəst şəkildə Kilis şəhərinin (eyni adlı əyalətin inzibati mərkəzi) və Hatay vilayətinin böyük bir hissəsini bombalamaq imkanına malik idi və bunu davamlı olaraq həyata keçirirdilər, eyni zamanda Türkiyə ərazisindəki PKK üzvlərinə silah və sursat çatdırmaqla məşğul oldurdular. TSQ-nin əməliyyata ASO ilə başlamasının əsas səbəblərinə, ABŞ-ın Türkiyə sərhədlərində YPG terrorçularını silahlandırması, təşkilatlandırması, onlara hərbi yardım göstərərək təlim verməsi, 30000 nəfərlik “Yeni Suriya Ordusu” (SDQ) yaratmaqla onalra “müstəqillik” vəd etməsi və s. daxildir.

Əlbəttə, ABŞ-ın okeanın o tayından Suriyaya öz əsgərini gətirməkdənsə, çox çox ucuz qiymətə YPG üzvlərindən istifadə etməsinə Vaşinqton prizmasından baxdıqda hər şey daha açıq aydın olur. İordaniya-Suriya-Türkiyə-İraq sərhəd ərazilərində yerləşəcək və Aralıq dənizinə çıxış əldə edəcək qondarma bir qurumun ABŞ tərəfindən yaradılması, Türkiyənin maraqlarının nəzərə alınmaması, Ankaranı Silahlı Qüvvələrin tətbiq edilməsinə məcbur etdi. Nəticədə ABŞ-in əlində “kozır” kimi istifadə edəcəyi yeni qondarma qurum doğulmadan beşiyində boğuldu.

Afrinin mərkəzi uğrunda son şəhər döyüşunun daha şiddətli və böyük itkilərə səbəb olacağını, şəhər mərkəzində terrorçuların əsas qüvvələrini cəmləşdirərək güclü müqavimət təşkil edərək əməliyyatın tempini azalda biləcəklərini ehtimal edənlər yanıldılar. Bunu Afrindən Kandilə gedən iki sözdən ibarət son mesaj da təsdiq edir: “Məhv oluruq”.

Üç saat yarım sürən orta intensivli döyüş şəhər mərkəzinin tutulması ilə, minimal itkilərlə başa çatdı. Azad Suriya Ordusunun son döyüşdə 4 əsgərinin yaralanması bu günə aiddir. Onlar döyüşun gedişində deyil, binaya yerləşdirilən “sürpriz” partlayıcının işə düşməsi səbəbilə xəsarət alıblar. Əlavə 7 mülki şəxsin də yaralanması terror təşkilatının yerli xalqa münasibətini də göstərir. TSQ-nin son döyüşdə şəxsi heyət və texnikada itkisi olmadığı bildirilir. İtkilərin az olması sevindirici haldır. Demək ki, YPG terrorçuları müqavimət göstərməyin mənasız olduğunu, həyatda qalmağın yeganə yolunun qacmaq olduğunu anlayıblar. Bu günkü tarixə qədər əməliyyatlarda 3603 terror qruplaşması üzvləri zərərsizləşdirilib. TSQ-nin 46 hərbçisi şəhid oldu, 255 əsgəri yaralandı. ASO isə 120 dən çox üzvünü itirdi. Yaralıların sayı isə nisbətən çoxdur. ASO-da mina və partlayıcılarla təmasda təhlükəsizlik qaydalarına riayət edilmədiyinə görə yaralı və itki sayı daha çoxdur. Şəxsi heyətin qorunmadan, eyni mövqedən bir neçə nəfərin dayanmadan ayaqüstə atəş açması da itkilərin sayına təsir göstərən yanlış addımlar siyahısındadır.

Digər tərəfdən quru qoşunlarının hərəkatı zamanı 40-dan çox yüksəkliyin və 230 yaşayış məntəqəsinin azad edilməsinin bu itkilərin çox olmadığını deməyə əsas verir. Lakin adı çəkilən elementar tədbirlər itkilərin kifayət qədər az olmasına səbəb ola bilərdi.

TSQ-nın mülki əhaliyə qarşı silah işlətməyəcəyini bilən YPG yerli əhalinin ərazidən çıxarılmasına bütün yollarla mane olaraq onlardan canlı qalxan kimi istifadə etməyə çalışırdı. Bu isə əməliyyatların sürətini dəfələrlə azaldır, bəzən isə fasilələrə belə səbəb olurdu.

Təbii ki, PKK/YPG terror qruplaşması böyük ehtimalla Münbicə geri çəkilib. Son gələn məlumatlar arasında Afrindən çıxan terror qruplaşmasının üzvlərindən bir qisminin işğal altında olan ərzilərimizdə, əsasən Laçın rayonu ərazisində yerləşdirilməsinə başlanıldığı iddia olunur. Məlumatların təsdiqlənəcəyi təqdirdə yaxın aylarda əməliyyat şəraitinin dəyişəcəyi qaçılmaz olacaq.

Türkiyə prezidentinin də əməliyyatın növbəti mərhələsinin Münbicin, sonra isə Fərat çayının şərq sahilini İraq sərhəddinə qədər terrorçulardan təmizləyəcəklərini dəfələrlə bəyan etməsinin nəticələri yaxın günlərdə bəlli olacaq.

ABŞ-ın keçmiş Dövlət katibi ilə Çavuşoğlu arasında Münbicdə müştərək təhlükəsizlik layihəsinə dair qərara aid məlumat səslənəndən bir gün sonra Tillersonun vəzifədən azad olması da müəyən suallar doğurur. İstefaya səbəb İran məsələsində prezidentlə aralarında narazılıq olduğu göstərilir. Təkrar görüş bu gün baş tutmalı idi. Bu görüşdə yekun razılıq əldə edilməsi gözlənilirdi. Olmadı və baş tutmadı. Pompeo isə Türkiyəyə qarşı daha sərt mövqe sərgiləyə bilər. Yeni təyin olunan Pompeonun münasibəti isə bəlkə də bu günlərdə məlum olacaq. Onun ümümilikdə Türkiyəyə qarşı deyil, Ərdoğanın şəxsiyyətinə qarşı antipatiyası mövcuddur.

Hazırkı dönəmdə ABŞ-Türkiyə münasibətləri həqiqətən də çox gərgin və hətta qırılma nöqtəsindədir. Münasibətlərin normallaşmasına səbəb ola biləcək cəmi iki yol var: ABŞ-ın özü YPG-dən silahları yığaraq onu Münbicdən çıxarır və Türkiyənin yanında olduğunu sübut edir və ya YPG-ni Münbicdən çıxararaq təhlükəsizliyi TSQ ilə birgə təmin edir.

Nə olursa olsun, kim nə deyirsə desin, Türkiyə israrla əməliyyatı davam etdirərək qələbə çaldı. Bu əməliyyat daha öncəki “Fərat Qalxanı” əməliyyatı kimi uğurla nəticələndi. Əməliyyata dair çox məlumatlar eşitdik, çox oxuduq. İndi isə əməliyyatın siyasi-hərbi nəticələrini dəyərləndirməyə çalışaq.

1. ABŞ özü-özünü təcrid etdi

Son 25 ildə Yaxın Şərq regionunu istər silah, istər neft, istərsə də dollar gücünə əlində tutmağa çalışan ABŞ ilk dəfə bu bölgədə bu qədər yalnız qalıb. Rusiya, Çin bir tərəfə, Avropa dövlətləri də ABŞ ilə qırılma nöqtəsinə qədər gəlib. Türkiyə kimi NATO-nun vacib ölkəsinə dəyəri ödənilməklə silah satmayan ABŞ həmin silahları 30000 nəfərdən ibarət YPG terrorçularına hədiyyə edir. Bu silahlar isə Türkiyənin əhalisinə və Ordusuna qarşı istifadə edilir. Bu müttəfiqliyin adını tapmaq çətindir. Nəticədə ABŞ Türkiyə kimi müttəfiqini tam itirmək üzrədir.

2. NATO öz konsepsiyasına uyğun gəlmir

Bu əməliyyatının digər bir nəticəsi ABŞ-ın cənub ölkələrinə qarşı maraqlarına xidmət edən NATO-nun öz konsepsiyasına uyğun gəlmədiyini göstərməsi oldu. NATO-nun nizamnaməsinə uyğun olaraq Türkiyə hər zaman Alyansa bütün münaqişələrdə hərbi-siyasi dəstəyini göstərib. Lakin qurulduğu gündən bu günə qədər hər gün şəhid verən Türkiyənin belə bir dəstəyə ehtiyacı olduğu zaman Alyans üzvlərinin çoxu gözləmə mövqeyində, bəziləri isə daha da irəli gedərək Türkiyəni tənqid etməyə cəhd etdilər. Ümumiyyətlə nə NATO-ya, nə də digərinə arxayın olmaq olmaz. Öz orduna arxalanacaqsan.

3. Region dövlətlərinin maraqları toqquşdu?

Türkiyə, Rusiya, İran və İraq arasında iki ilə yaxın davam edən siyasi və iqtisadi yaxınlaşma artıq regiona hərbi möhürünü də vurdu. Bu ölkələrin Baş Qərargahları Suriyadakı əməliyyatları birgə planlaşdırdılar. Suriya hakimiyyəti ilə birbaşa əlaqələr İran və Rusiya üzərindən yaradıldı. Əsədlə İdlibdə şimala doğru irəlləyə biləcəyi barədə şərtlər və çərçivələr razılaşdırıldı. Əməliyyatda ərazilərin Suriya qoşunlarından deyil, PKK/YPG terrorçularından təmizlənəcəyinə söz verildi. Əməliyyat başlandığında isə Rusiya və İraq əməliyyatı dəstəkləsə də, İran və Suriya rəhbərliyi sanki heç nədən xəbərsiz kimi bəyanatlar səsləndirməyə başladılar. Təbi ki, Türkiyənin bu bəyanatlara reaksiya verəcəyini bəyanat verənlərin özləri də gözləmirdi.

4. Avropa əməliyyatın tez bitməsini istəyir

Bəlkə də özləri də dəqiq nə istədiklərini dəqiq anlamırlar. TSQ Afrini 2-5 gündə təmizləyə bilərdi. Bu zaman mülki vətəndaş itkisi hədsiz çox ola bilərdi. Digər tərəfdən bunu deyənlər “Fərat qalxanı” bölgəsinə baxsınlar. 150 min qaçğın suriyalı evinə döndü. İndiyə qədər Suriyada heç bir dövlər qaçqınların evinə dönməsinə və sülh şəraitində yaşamasına nail ola bilməyib. Bu əməliyyat da “Fərat Qalxanı” əməliyyatının davamı olaraq eyni hədəfləri-qaçqınların evinə dönməsi, idarəetmənin yerli əhali tərəfindən həyata keçirilməsi və s. özündə birləşdirir. Afrinə dönəcək qaçqınlar Avropaya üz tutsalar nə olacaq? Buna görə istədiyiniz anlaşılan deyil.

Nə ABŞ-da, nə Rusiyada, nə İranda, nə NATO, nə də Avropa ölkələrinin heç birində və toplam cəmində Türkiyədə olan qədər - 3.5 milyon nəfər - Suriyalı qaçqın yoxdur.

5. Türk əsgəri Türkiyəni birləşdirdi

Doğrudan da türk xalqlarını düşmənə qarşı mübarizə qədər birləşdirən ikinci bir faktor yoxdur. Eyni hissləri bizim cəmiyyətin də 2016-cı ilin aprelində yaşadığı üçün bu barədə vaxtınızı almayacağam. Sadəcə TSQ-MİT işbirliyinin ciddi nəticələr verdiyini nəzərinizə çatdırıram.

6. TSQ-nin yeni dirçəliş dövrü

Son əməliyyatlar 15 iyun məlum çevriliş cəhdindən sonra Ordunun mənəvi cəhətdən özünə gəlməsinə və əvvəlki potensialını bərpa etməsinə səbəb oldu.

7. TSQ yeni şəhər döyüşü konsepsiyası

Türkiyə mülki şəxslərə zərər vermədən yeni döyüş üsulları barədə Rusiya və ABŞ kimi daim kiminləsə savaşan BMT-nin TŞ-nin üzvlərinə dərs keçdi. Əslində “şəhərdə döyüş” anlayışının formatı tam deformasiyaya uğradı. Yeni konsepsiyanın müəllifi təbii ki, Türkiyə Silahlı Qüvvələridir.

8. Türkiyə Silahlı Qüvvələri yeni texnologiyaları

TSQ son əməliyyatlar zamanı müasir texnologiyalara əsaslanan müasir yerli silahlardan istifadə edərək idxaldan asılılığını minimuma endirdi. Silah bazarında Türkiyənin payının artacağı şübhəsizdir. Yeli istehsal olan “Koral” RƏM, “Kirpi” ZPD, YARS, “Bayrakdar” və ANKA zərbə tipli PUA-ları, artilleriya vasitələri, lazer başlıqlı aviasiya bombaları, ağıllı raketlər, snyper və piyada tüfəngləri və s. kimi sistemlərin hər biri uğurla döyüş təcrubəsindən keçirildi.

İndi bütün müharibələrdə olduğu kimi qələbə eyforiyasına dalaraq arxayınlaşmaq olmaz. Mühəndis istehkam bölüklərinin ərazi yoxlaması sürətlə həyata keçirilməlidir. Əksinə daha da ciddi mühafizə tədbirləri həyata keçirilməlidir. Hər an PKK/YPG terrorçularının yaxşı bələd olduqları geniş tunel şəbəkəsindən istifadə edərək “Vur- Qaç” və “Qorilla” metodlarına üstünlük verən partizan reydlərini gözləmək lazımdır. Sayıqlıq və səfər mühafizəsi maksimuma çatdırılmalı, giriş, çıxış və buraxılış nəzarət rejiminə ciddi riayət olunmalıdır. İlk növbədə düşmənin artilleriya atəşindən qorunmaq üçün tədbirlər görülməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Afrin-əməliyyatı   Zeytun-budağı   TSQ  

Xəbər lenti

Kandilə gedən iki sözdən ibarət son mesaj: “Məhv oluruq” (ANALİZ)

2018/03/6c3bf9e67b309d13445edf99780cfac6_1521477648.jpg
Oxunub: 2666     20:34     19 Mart 2018    